Ölkə

Tanınmış şair və qəzəlxan Hacı Arifdən əsgərlərimizə dəstək.

5-04-2016, 11:09
Xeberman.com xəbər verir ki, artıq bir neçə gündür ki, cəbhədə döyüşlər gedir. Hər bir şəxs əsgərlərimizə maddi və mənəvi dəstək olmağa çalışır. Bu dəfə tanınmış şair Hacı Arif "Vətən oğlu" adlı qəzəli ilə hərbiçilərimizə dəstək oldu. Xeberman.com həmin qəzəli sizə təqdim edir.
 

Qəzəl. 

Sənsən bu Vətən mülkünə sərdar, Vətən oğlu,
Var harda adın, orda Vətən var, Vətən oğlu.

Salnamələrə düşdü izin, tarixə döndün,
Dünyaya nədir hürr elədin car, Vətən oğlu.

Sən öz gücünə, qüdrətinə arxayın oldun,
Xalqın da sənə oldu ümüdvar, Vətən oğlu.

Çəkdin Vətənin qeyrətini sadiq oğul tək,
Əhdində düz, eşqində fədakar, Vətən oğlu.

Azadəliyin qoydun əsasın ölümünlə,
Etdin köləlik rəsmini inkar, Vətən oğlu.

Səndən bu Vətən torpağı şan-şöhrətə çatdı,
Hər məqsəd üçün oldun inadkar, Vətən oğlu.

Daim uca oldun, uca qal yadlar önündə,
Allah sənə haq yolda olar yar, Vətən oğlu.

Ər məktəbisən, səndədi Mehdi, Həzi ruhu,
Bu adları yaz tarixə təkrar, Vətən oğlu.

Arif də Vətən əsgəridir, gəl bir olaq ki,
Düşmənlərə dünyanı edək dar, Vətən oğlu.

Arif Buzovnalı.

Tanınmış şair və qəzəlxan Hacı Arifdən əsgərlərimizə dəstək.


Administratorla əlaqə

077 611-55-22

[email protected]