Ölkə

Mərhum partiya sədrinin “vəhabi” oğlu kimdir? Sumqayıt maşın bazarında nə baş verir? – DETALLAR

17-10-2016, 14:39
Qalmaqallar Sumqayıt maşın bazarını Çökdürür.

Mərhum partiya başqanının övladları və onun şərikləri arasında mübarizə daha da şiddətlənir.
Tanınmış xeyriyyəçi iş adamı , Sumqayıtdakı "Vicdan-1” MMC nin (Sumqayıt Maşın Bazarı) qurucusu, Azərbaycan Milli Dövlətçilik Partiyasının və İrəvan Mühacir hökumətinin rəhbəri Sabir Tarverdiyevin bir il əvvəl ölümündən sonra onun adı ilə bağlı olan bu qurumlarda baş verən intiriqalar oraları diz çökdürür. Qalmaqallar o həddə çatıb ki, artıq "Vicdan -1″ MMC də, adları yuxarıda çəkilən partiya və təşkilatda kimin rəhbər olduğu bilinmir. Partiya və təşkilat artıq süquta uğrayır. Qərargahları qapısından asılan qıfıllar artıq pas atıb. "Vicdan -1″ MMC nin nəzdindəki müəssisə və ticarət obyektlərində isə , baş verən qanunsuzluqlar və özbaşnalıqların sayı hesabı yüzlərlədir. Artıq əvvəllər Sumqayıtda ən iri və nüfuzlu ticarət obyekti kimi ad çıxarmış Sumqayıt Maşın bazarı da özünün acınacaqlı günlərini yaşayır. Yəqin ki ,” Vicdan Sabir ” ləqəbi ilə ictimaiyyət arasında ad çıxartmış , Ulu Öndər Heydər Əliyevin əsl fanatı kimi tanınmış Sabir Tarverdiyev sağ olsaydı bu acınacaqlı mənzərələr onun özünə sağalmaz "yaralar vurardı ".

Vəhabi qruplaşmasından təngə gələn kimlərdir? 

Artıq Vicdan -1″ MMC nin 3 təsisçisi arasında intiriqalar baş qaldırıb. ” Vicdan Sabir” in oğlu Müşfiq Tarverdiyevin "Riyad” şirkətlər qurupunun prezidenti , Heydər Əliyevin Mərhum qardaşı akademik Aqil Əliyevin oğlu İlqar Əliyevin , onun müavini, məhur ginekoloq həkim kimi ad çıxartmış Ş.Şahbazovun təsisçiləri olduğu bu müəssisə heç vaxt belə dar günlərini yaşamayıb. İndi burada kimin rəhbər olduğu da heç kimə aydın deyil. Daha çox inandığımız mənbələrdən aldığımız məlumatlardan da aydın olur ki, burada intiriqa və çəkişmələrin yaranmasının əsl səbəbkarı Sabir Tarverdiyevin digər bir oğlu Zaur Tarverdiyevdir. Adı qanunsuzluqlarda və polis əməkdaşının qətlində daha çox hallanmış bu şəxs etdiyi ağır cinayətlərə görə uzunmüddətli həbs həyatı da yaşayıb. Məhz bu səbəblərə görə "Vicdan Sabir” onu heç vaxt yaxınına buraxmayıb. Əvvəllər tüfeyli həyat tərzi keçirən , dəmir barmaqlıqlar arxasından çıxdıqdan sonra dörd dəfə Həcc ziyarətində olaraq , "Hacı” titulu qazanmış Zaur Tarverdiyev bu gün də əsl din adamı kimi hərəkət etmir.

"Vicdan -1″ MMC heç bir dəxli olmayan, adına müəssisənin fəhləsi kimi belə əmir verilməyən Zaur Tarverdiyev, atası rəhmətə gedəndən sonra bazar sahiblərinin etirazlarına baxmayaraq oralarda əsl hegemonluğu ələ alıb. O, Respublikanın bu bölgəsində "Vəhabi” təriqətinin alovlu təblığatçısı kimi tanınır. Müəssisənin başçısı olan qardaşı Müşfiq Tarverdiyev belə onun qanunsuz və kobud hərəkətlərindən təngə gəlib. O, qorxub – çəkinmədən müəssisənin digər sahibləri ilə də vuruşur. Belə ki, artıq o və ətrafına yığdığı vəhabi təriqətinin məsubları , Şahbaz Şahbazovu müəssisədən hədə- qorxu və müxtəlif yollarla uzaqlaşdırmağa nail olublar. Məhz bu səbəbdən Ş.Şahbazov "Vicdan -1” MMC də söz sahibi olmaqdan imtina edib. Ona qarşı vəhabilərin şər -böhtan kompaniyası nəticəsində də Şahbaz Şahbazovun əsəb -sinir sistemi tab gətirməyib və doktor Şahbazov xarici ölkələrin birində ürəyindən müalicə -əməliyyat kursu da keçib.
Bazarda hegemonluğu ələ keçirən Zaur Tarverdiyevin döyərək təhqir etdiyi onlarla mağaza sahibi, maşın alverçisi ,müəssisə əməkdaşı …, onun əlindən zorla qurtararaq buradan qaçmaqla canlarını qurtara biliblər. Bu barədə əlimizdə yetərincə çox fakt olduğundan araşdırmalarımız hələ də davam edir. Bu səbəbdən bu mövzuda daha geniş yazıları yaxın günlərdə oxucularımıza bildirəcəyik.

Növbəti yazımızda vəhabi təbliğatçısı kimi tanınmış Zaur Tarverdiyevin hansı gizli təşkilatlarla əl olduğunu və ətrafına yığdığı vəhabilərdən ibarət gizli qruplaşmasının ifşasını sizlərə çatdıracağıq. (hia.info)

Administratorla əlaqə

077 611-55-22

[email protected]