Kriminal

Goranboyda maşın ustası faciəvi şəkildə öldü

27-08-2016, 22:07
Goranboyda maşın ustası faciəvi şəkildə öldü

Xeberman.com xəbər verir ki, "Reportun Qərb bürosu xəbər verir ki, rayonun Dəliməmmədli şəhəridə avtomobil təmiri sexlərinin birində çilingər işləyən Ramiz Həsənov maşın təmir edərkən, ehtiyatsızlıqdan nəqliyyat vasitəsinin altında qalaraq dünyasını dəyişib.

İlkin ehtimala görə, mərhum təmirə dayandırılan maşını kustar üsulla hazırlanan daşların üzərinə çıxardaraq iş görmək istəyib. Bu zaman avtomobil daşların üzərindən 48 yaşlı ustanın üzərinə düşüb. Meyit aidiyyəti qurumlarda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]