Dünya
Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir
20-03-2016, 16:07
Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə başlayıb.
"Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.
Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Nur Otan partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparır.