Ölkə

Bərdədəki məcburi köçkünlər problemlər məngənəsində

16-10-2016, 14:16

Bərdədəki məcburi köçkünlər problemlər məngənəsindəOnlar ev məsələsindən tutmuş, içməli suya qədər müxtəlif problemlər içindəboğulur

Məcburi köçkünlər «Qaçqınkom» sədrini vəicra başçısını onların güzəranı iləmaraqlanmağa çağırdı

Azərbaycandaəhalinin sosial durumu günü-gündən pisləşir. Xüsusən bölgələrdəvəziyyət lap acınacaqlıdır. Prezidentin Ehtiyat Fondundan mütəmadi olaraq regionların inkişafı üçün böyük vəsaitlər ayrılsa da, həmin vəsaitlər təyinatı üzrəxərclənmədiyindən vəya lazımi istiqamətəyönəldilmədiyindən bölgələrin durumunda heç bir yaxşılaşma hiss olunmur.

Əksinə, vəziyyət daha da pisləşir. Bir sıra rayon vəkəndlərinəhalisi bölgələrdəki işsizlik üzündən paytaxta üz tutmuşdular. Onlarınəksəriyyəti Bakıda tikinti sektorunda çalışır, ailələrini dolandırırdılar. Məlum olduğu kimi, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından sonra Bakıdakı tikinti şirkətlərinin bir qismi fəaliyyətini dayandırıb, hətta dövlət tərəfindən həyata keçirilən inşaat layihələri dəyarımçıq saxlanılıb. Bu da ailələrinin çörəyini həmin tikinti-inşaatdan çıxaran bölgəsakinlərini acınacaqlı vəziyyətəsalıb.

Bundan başqa, bir sıra regionlarda məskunlaşan qaçqın vəməcburi köçkünlərin evlətəmin olunması məsələsi dəproblem olaraq qalır. Üstəlik, məcburi köçkünlər onlara içməli suyun verilməməsindən şikayətlənirlər.

Əməkdaşımız Bərdəyəsəfərindərayonərazisindəməskunlaşan qaçqın vəməcburi köçkünlərin güzəranı iləmaraqlanıb. Rayonun "Təzəqəsəbə” adlananərazisində15 beşmərtəbəli binada yerləşdirilən 366 məcburi köçkün ailəsininəsas problemi onların təmiz su ilətəmin edilməməsidir. Köçkünlər bildirir ki, onların istifadəetdikləri su nəinki içməli deyil, hətta gündəlik məət işlərinəbeləyaramır, dəri xəstəliklərinin yaranmasına səbəb olub. Köçkünlərin bir hissəsi yaşadıqlarıərazidən xeyli aralıdan su daşıdıqlarını bildirərək, suyun tərkibinin yoxlanılmamasından şikayətlənirlər.

Məcburi köçkünlərin digər problemi yaşadıqları şəhərciyin işıqlandırma sistemiləbağlıdır. Şikayətçilər prezidentin rayonun inkişafı məqsədiləayırdığı milyonlarla vəsaitlərin havaya sovrulduğunu iddia edirlər. Onların sözlərinəgörə,ərazidəgənclər üçün tikilməli olan idman stadionunun inşası da yarımçıq qalıb.

Bərdərayonu 105 saylı peşəməktəbinin binasında məskunlaşan məcburi köçkünlərinəsas şikayəti isəhələdəev problemlərinin həll edilməməsiləbağlıdır. Həmin peşəməktəbində150-dən artıq ailəməskunlaşmışdı. Onların bir hissəsi yeni tikilmiş yeddimərtəbəli binalara köçürülüb. 30-dan artıq ailəisəmüxtəlif maneələrləüzləşərək, adlarının siyahıda olmaması bəhanəsiləevlətəmin edilmir.

Məcburi köçkünlərin sözlərinəgörə, Qaçqın vəMəcburi Köçkünlərin Problemləri üzrəDövlət Komitəsinin Bərdəşöbəsinin rəhbəri Sərdar Zeynalov vəKomitənin Mənzil Departamentinin rəhbəri Elman Ismayılov onlara evlətəmin olunacaqları haqda söz versədə,əməl etməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]