Ölkə

Qaçqınkom sədri bazar açıb - təfsilat

13-06-2016, 07:36
Məcburi köçkünün ev əldə etməsi 10-15 min manata, əlindəki mənzili satması isə 1500-2000 manata başa gəlir 

Azərbaycan hökuməti uzun illərdən bəri Qarabağ torpaqlarından məcburi köçkün düşmüş insanlarımızın sosial rifahını yaxşılaşdırmaq üçün tədbirlər görür. Bu illər ərzində ailələrə edilən yardımlar, onlar üçün tikilən mənzillər, bir çox güzəştlərin tətbiq olunması prosesin tərkib hissəsidir. Lakin hökumətin bu humanistliyindən sui-istifadə edib, milyonlar qazanmaq istəyənlər də az deyil. 

Politika.Az xəbər verir ki, məcburi köçkünlər və qaçqınların problemlərinə məsul olan «Qaçqınkom»un sədri Əli Həsənov faktiki olaraq bazar açıb. İnsanlar zatən yudr həsrəti çəkdikləri halda, bir də Həsənovun oyunbazlıqlarının zülmünə məruz qalırlar. Belə ki, bu gün dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlər üçün inşa edilmiş mənzillər açıq şəkildə satışa çıxarılıb. 

Politika.Az-ın araşdırması nəticəsində məlum olub ki, Qaçqınkomun sədri nəinki evsizlərə ev verir, pulu olana hətta iki və ya üç ev verməkdən də çəkinmir. Bunun üçün həmin şəxsin əlinin cibində olması lazımdır. Məsələn, Bərdədə və ya Mingəçevirdə ev sahibi olmaq istəyən məcburi köçkün bunun üçün ən azı 10-15 min manatından keçməlidir. Əks təqdirdə, adı siyahıda olsa belə ona mənzil verilməsi hali qiyamətə qalacaq. 

Amma Qaçqınkom başqa bir qazanc yeri də özü üçün kəşf edib.Politika.Az xəbər verir ki, məcburi köçkün ona verilmiş mənzili bir başqasına satdıqda və ya bağışladıqda heç də pulsuz heç nə edə biləmz. Belə ki, komitə bir addan başqa bir ada keçmə prosesini özü həyata keçirir və bunun üçün tələb olunan məbləğ isə 1500-2000 manatdır. Yəni, qaçqın evini başqasına satarsa və ya bağışlayarsa, yuxarıda qeyd etdiymiz məbləği Qaçqınkoma verməlidir ki, istəyinə çatsın.

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]