Gündəm

«Qaçqınkom»un sədr müavini çətin duruma düşüb...

26-04-2016, 01:05
Uzun illərdir ki, dəhşətli şəraitsizlikdən əziyyət çəkən bir qrup məcburi köçkün Gəray Fərhadovun villalarında müvəqqəti sığınacaq almaq üçün dövlət rəhbərliyinə müraciət etməyə hazırlaşır Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial-təminat sektorunun sabiq rəisi, hazırda sədrin müavini vəzifəsində çalışan Gəray Fərhadovun Abşeron rayonunun Mehdiabad qəsəbəsi yaxınlığındakı təxminən bir hektarlıq ərazidə inşa etdirdiyi villa şəhərciyində son tamamlama işlərində bir qədər gecikmələr müşahidə olunur. Buna səbəb kimi fəhlələrin vaxtında əməkhaqqı ala bilməməsi göstərilir. Bəzi məlumatlara görə, Gəray Fərhadov vəsait çatışmazlığından gileylənərək inşaatçılara verdiyi vədləri tam şəkildə yerinə yetirmir. Tikinti işlərinin gecikməsinin isə «Qaçqınkom» sədrinin müavininin çətin duruma düşməsindən xəbər verir. 

Gundelik-baku.com-a verilən məlumata görə, bu yaxınlarada uzun illərdir ki, dəhşətli şəraitsizlikdən əziyyət çəkən bir qrup məcburi köçkün Gəray Fərhadovun spözügedən villalarında müvəqqəti sığınacaq almaq üçün dövlət rəhbərliyinə müraciət etməyə hazırlaşır.Əlbəttə, Qaçqınkom sədrinin müavini onu gözləyə biləcək problemdən sığortalanmaq üçün yaxın qohumu, Dövlət Qaçqınkomun sədri Əli Həsənovla problemlərni bölüşmək qərarına gəlib. Sədrin Gəray Fəarhadova hansı məsləhətlər verdiyi həlləlik məlum deyil. Xatırladaq ki, Gəray Fərhadovun inşa etdirdiyi mini şəhərcikdə konkret hansı qohumlarını yerləşdirəcəyi hələ ki, dəqiqləşməyib. Gəray Fərhadov «Qaçqınkom»un sədri Əli Həsənovun xalası oğlu, həm də bacısının həyat yoldaşıdır. Media resurslarında yer alan məlumatlara görə, Gəray Fərhadov məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların bölüşdürülməsinə ortaqlıq hesabına külli miqdarda sərvət sahibinə çevrilib. Onun Bakının müxtəlif guşələrində geniş şəxsi mənzil fonduna malik olduğu bildirilir. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]