İqtisadiyyat

Ruşvət yığışsa mənzillərin qiyməti necə olar?

21-02-2016, 20:44

Ekspertlərin fikrincə, bu təşəbbüsün tikinti bazarında hər hansı canlanmaya səbəb ola biləcəyi inandırıcı deyil

Azərbaycanı ciddi təsir edən maliyyə böhranının vurduğu sahələrdən biri də tikinti sektorudur. Məhz bu üzdən mənzil bazarında qiymətlər əvvəlki illərlə müqayisədə enib. Mənzil satışının zəifləməsi bu bazarda qiymətlərə təsir etsə də, yenə də Azərbaycan mənzillərin qiymətinə görə ən bahalı ölkələr sırasındadır.

Bu bazarda, ümumiyyətlə tikinti sektorunda real vəziyyətin necə olduğunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərləri ilə görüşü zamanı etiraf edib. Nazir bildirib ki, bundan sonra tikinti şirkətlərinə problem yaradılmayacaq: "Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.

Ekspertlərin fikrincə, tikinti sektorunda şirkətlərdən alınan qeyri-rəsmi ödəmələr əlbətdə son nəticədə şirkətlərin satışa çıxardığı mənzillərin qiymətinə kəskin təsir edir. Şirkətlər ödədikləri bu ödəmələri mənzil alıcılarından çıxmağa çalışırlar. Nəticədə mənzillərin qiyməti fantastik həddə qədər artır.

Amma ekspertlər onu da vurğulayır ki, K.Heydərovun bu açıqlaması məsələyə qeyri-ciddi yanaşmadır. Birinci olaraq onu qeyd etmək yerinə düşər ki, Azərbaycanda artıq inşaat bumu arxada qalıb. Azərbaycanda tikinti bazarının böhrandan çıxmasının ən azı iki il çəkəcəyini düşünən ekspertlər hesab edir ki, K.Heydərovun açıqlaması onun etirafıdır ki, bundan əvvəl tikinti şirkətlərinə süni problemlər yaradılırmış. Indi həmin süni problemlərin guya aradan qaldırılmasına çalışırlar. Amma ekspertlər bu təşəbbüsün tikinti bazarında hər hansı canlanmaya səbəb ola biləcəyinə inanmır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]