Ölkə

Astaradakı intihar Heydər Əsədovu ifşa etdi - Şok faktlar

13-10-2016, 01:37
Astaranın Şiyəkəran kənd sakini Sadiq Teymurovun iribuynuzlu heyvanlarının xəstəlikdən kütləvi tələf olması barədə efirdə xəbərlər getmişdi

Dəymiş zərərə görə S.Teymurov dixlafos adlı dərmanı qəbul edərək özünü zəhərləyib xəstəxanalıq olmuşdu. 

Lənkəran şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Teymurovun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı Politika.Az-a danışan mütəxəssislərin sözlərinə görə, hadisəyə səbəb idxal edilmiş xəstə heyvanların mal-qaranı yoluxdurması olub. 

Şiyəkəranın digər sakini Vaqif Dadaşovun bildirdiyinə görə kənd əhalisinin onlarla baş iribuynuzlu heyvanı tələf olub. 

Astara Baytarlıq İdarəsinin həkimləri isə bu xəstəliyin qarşısının alınmasında acizdirlər. Baytarlıq İdarəsində preparatlar yoxdur. Bu dərman 3-10 manatdır. 
Nazirlər Kabinetinin 2006-cı i l7 mart tarixli qərarı ilə yoluxucu "Nodulyar dermatit” xəstəliyi siyahıya əlavə edilib. 

Yəni, "Nodulyar dermatit”lə kompleks mübarizə dövlət büdcəsi hesabına Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvafiq ərazi orqanları tərəfindən aparılmalıdır. 

Ancaq kənd sakinlərinin cibindən pul çıxır. 2014- cü ildə bu məqsədlə dövlət büdcəsi hesabına 1,5 ml. dəyərində spesifiki dərman preaparatları alınıb. 

Lakin 2015-2016-ci illərdə başı qanunsuz əməllərə qarışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən heç bir dərman ehtiyatı görülməyib. 

Politika.Az xəbər verir ki, bundan əvvəl də Quba, Bərdə, Qax və s. rayonlarda keyfiyyəti şübhəli vaksinin tətbiqi nəticəsində heyvanlar xəstəliklərə yoluxaraq tələf olub. 

Şiyəkəran kəndinin mal-qarasını xəstəlik qırıb axırına çıxmasına baxmayaraq, xəstəlik baş verən ərazisində qoruyucu-karantin, xüsusi baytarlıq və digər tədbirlər görülməyib. 

Lənkəranın Bürcəli (keçmiş Alikseyevka) kəndində də eyni əlamətlərlə irubuynuzlu heyvanlar tələf olması barədə xəbərlər gəlir.

Bütün bunlar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyinin "fəaliyyətindən” xəbər verir. 

Prezident İlham Əliyevin ölkəni idxaldan aslılığını minumuma endirilməsi üçün yerli istehsala geniş yer verilməsi barədə tapşırıqlarına Dövlət Baytarlıq Nəzarəti Xidmətində əməl edilmir. 

Belə ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində güclü alim potensialı olan Azərbaycan Elmi–Tədqiqat Baytarlıq İnstitutu, Respublika Baytarlıq Laboratoriyası, Göygöl Bioloji Kombinatı, Dərman Preparatlarına Elmi Nəzarət İnstitutu olmasına baxmayaraq, həmin elmi müəssisələrdə baytarlıq preparatlarının hazırlanmasına təşəbbüs belə göstərilmir. 

Politika.Az-ın məllan görə, vaxtı ilə adıçəkilən müəssisələrimizdə bir neçə bioloji preparatlar hazırlanaraq daxili ehtiyaclarımızı ödəməklə bərabər, hətta xarici ölkələrə də satılırdı. 

Ümid olunur ki, şəxsi maraqlar müqabilində keyfiyyətsiz baytarlıq nəzarətində olan heyvan mənşəli məhsulların (məs, kərə yağı adı ilə mənşəyi nəməlum yağların idxalı) ölkəyə "ayaq” açmasına şərait yaradan, habelə Sadiq Teymurovun özünü öldürmək həddinə çatdıran hadisənin yaranmasında məsul şəxslərin qanunsuz əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Qeyd edək KTN rəhbəri Heydər Əsədovun fəaliyyətindən ciddi narazılıq var. 

Qarşı tərəfi dinləməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]