Əsas Səhifə / Gündəm

Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanovun vəzifəsi qəssablardan rüşvət toplamqdır?

11-05-2014, 19:17

Son zamanlar əhaliyə xəstə heyvanların ətinin satılması ilə bağlı məlumatlar mətbuatın gündəmindən düşmür. Problemin ən əsas mənbəyi isə bazarlarda fəaliyyət göstərən ət dükanlarında vətəndaşlara xəstə, ya da ölü heyvan ətinin satılmasıdır. Problemlə bağlı isə məsul qurum isə Bakı Şəhər Baytarlıq İdarəsidir. Lakin bütün yazılanlara baxmayaraq bu qurum öz işində şəffafliq yaratmır və ət bazarında ciddi nəzarəti həyata keçirə bilmir. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin Bakıda təşkil etdiyi yarmarkalarda və dönər obyektlərində ucuz xəstə heyvanların satılması haqqında məlumatlar səngimək bilmir.

Xalqxeber.Az-a Bakı Şəhər Baytarlıq İdarəsinin bu sahədə ciddi qanunpozuntularına yol verməsi ilə bağlı məlumatlar daxil olub. Belə ki, məlumatda bildirilir ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov şəhərin bütün qəssabxanalarını və ət bazarını öz nəzarəti altında saxlayır və xəstə heyvanların bazara çıxarılmasına birbaşa şərait yaradır.
Məlumatlı şəxsin Xalqxeber.A-a verdiyi məlumata əsasən bazarlardakı ət dükanlarına gündəlik satdıqları ətin sağlam olub olmaması ilə bağlı verilən arayışlar əslində kağız parçasıdır. Çünki qəssabların əksəriyyətinə sağlamlıq kağızı bir başa 10 gün müddətinə verilir. Amma qəssablar hər gün heyvan alırlar və bu zaman Bakı Şəhər Baytarlıq İdarəsinin verdiyi sağlamlıq arayışının heç bir əhəmiyyəti olmur.
Qanuna görə Bakı Şəhər Baytarlıq İdarəsi hər gün satılacaq heyvanın ətindən nümunə götürərək ətin sağlam olub olmaması ilə bağlı rəy bildirməlidir. Bunun üçünsə Bakıda mərkəzləşdirilmiş sallaqxanalar fəaliyyət göstərməli və qəssablar kəsim işini orda həyata keçirib baytarlıq idarəsindən sağlamlıq arayışı almalıdırlar. Məlumdur ki, bu gün Bakıda bütün qəssablar bir qayda olaraq öz dükanlarının qabağında kəsim işləri aparılar. Bu isə sanitar qaydaları tamamilə pozur. Məlumdur ki, Bakı Şəhər Baytarlıq İdarəsi işçilərinin fiziki olaraq bu şəkildə nəzarəti həyata keçirmələri imkansızdır. Ən acınacaqlı vəziyyət isə yarmarkalarda baş verir. Yarmarkalarda satılan ətlərin görkəmi uzaqdan bildirir ki, bu ətlər xəstə və ya ölü heyvanların ətidir.
Mənbə bildirir ki, Bakı Şəhər Baytarlıq İdarəsi yüksək səviyyəli labaratoriya olmasına baxmayaraq bu avadanlıqlar sadəcə görüntü üçündür. Bakı şəhərinə daxil olan heç bir heyvan əti bu labaratoriya yoxlanılmır.
Məsələ ilə bağlı Xalqxeber.Az-a məlumat verən mənbənin bildirir ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov bazarlarda fəaliyyət göstərən baytarlıq işçilərinin əli ilə ət dükanlarından sadəcə aylıq yığır. Bundan başqa Bakı Şəhər Baytarlıq İdarəsinin işçiləri heç bir iş görmürlər.
Aslan Aslanova verdikləri rüşvətdən isə qəssablar çox razıdırlar. Çünki onların satdıqları hər hansı bir heyvan ətinə müdaxilə edən baytarlıq işçisi yoxdur. Bu durumda qəssablar və ət satıcıları istədikləri əti bazara çıxarır və ucuz əti baha qiymətə satırlar. Lakin bu hələ problemin hamısı deyil. Aslan Aslanov öz qurumunu ancaq rüşvət yığmaq obyektinə çevirməklə ölkənin qida təhlükəsizliyni sadəcə olaraq təmin etmir, əksinə təhlükəli vəziyyət yaradır.
Mənbə bildirir ki, bu yaxınlarda hüquq mühafizə orqanları paytaxta yüklü miqdarda xəstə heyvan əti gətirən şəxsi həbs etmişdi. Bildirilir ki, həmin şəxs sadəcə malı gətirən dəllal idi idi və xəstə heyvan ətini hansı bazara kimlərə apardıği barədə hüquq-mühafizə orqanlarına təfsilatı ilə məlumat verib. Mənbə iddia edir ki, həmin adamın verdiyi ifadədə bazarlara çıxarılan xəstə heyvan ətinin satışına Bakı Şəhər Baytarlıq idarəsinin rəisi Aslan Aslanovun havadarlıq etdiyi məlum olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…


Xalqxeber.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]