Gündəm

Eldar Əzizovdan şəhidlərimizə hörmətsizlik - ABİDƏLƏRİNİ DƏ SATDI

9-10-2016, 12:11

Eldar Əzizovdan şəhidlərimizə hörmətsizlik - ABİDƏLƏRİNİ DƏ SATDIBakının Badamdar qəsəbəsində yerləşən və 1-ci Qarabağ savaşında canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılan abidənin ərazisi satılıb.

Abidənin ərazisi bir müddət əvvəl hansısa bir sahibkara satılıb. Az keçməyib ki, şəhidlərimizin əziz xatirəsinə ucaldılan abidənin düz yanında kafe tikilərək istifadəyə verilib. Badamdar sakinlərinin qəzəbinə səbəb olan bu hadisə ilə bağlı dəfələrlə aidiyyatı orqanlara- icra hakimiyyətinə, hüquq-mühafizə orqanlarına məlumat verilsə də hər hansı bir tədbir görülməyib. Sakinlər iddia edir ki, xüsusən axşam saatlarında kafedə çal-çağır təşkil olunur. Eyni zamanda dəfələrlə bu kafedə dava düşüb, ölümlə nəticələnən insident baş verib.

Sakinlərin iddiasına görə, şəhidlər abidəsinin ətrafını rayonun icra başçısı Eldar Əzizov satıb.
"İcra başçısının kafe sahibini himayə etməsinin nəticəsidir ki, Qarabağda Vətən uğrunda şəhid olan mərd oğullarımızın ruhuna hörmətsizlik etməkdən çəkinmirlər” deyə sakinlər vurğulayıblar.

Mövzu ilə bağlı rayon icra hakimiyyəti ilə əlaqə saxlasaq da, onların mövqelərini öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq./Azeuronews.com

 

kafe-azeuro-1 kafe-azeuro-2 kafe-azeuro-3 kafe-azeuro-4

Administratorla əlaqə

077 611-55-22

[email protected]