Gündəm

Eldar Əzizovdan MTN-çilərin həbsi ilə bağlı şok sözlər

20-10-2015, 17:32
Eldar Əzizovdan MTN-çilərin həbsi ilə bağlı şok sözlər

Səbail rayon İcra Hakimiyyətində keçirilən hesabat yığıncağında maraqlı anlar yaşanıb.

Qaynar.info-nun məlumatına görə, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı geniş müzakirə aparılıb.

Maraqlı məqam isə rayonun yeni icra başçısı Eldar Əzizovun çıxışında son günlərin ən aktual mövzusuna – Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verənlərə də toxunulmasıdır. İcra başçısı qeyd edib ki, milli təhlükəsizlik nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması, eləcə də onlardan bəzilərinin həbsi onu göstərib ki, ölkədə heç kim məsuliyyətdən və tənqiddən kənarda qala bilməz. “Yaranmış vəziyyət onu göstərmişdir ki, cənab prezident tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır” – deyə Əzizov vurğulayıb. .

İcra başçısı daha sonra bildirib ki, bu gün bizim əsas prinsiplərimiz «…cənab prezidentə sadiq olmaq və qudurmamaq» olmalıdır. Bu bizə də aiddir, başqalarına da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar”.

Eldar Əzizov deyib ki, ədəbi dildə «qudurmaq» sözünü insanlara şamil etmək olmasa da, bu harınlaşmış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcək.

İlkin Hüseynli

Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]