Ölkə

Sabunçuda şəhidin adını daşıyan parkı kim satıb?

9-05-2016, 17:05

"Bu məsələdə nədənsə İcra Hakimiyyəti də susur, yaşllıq ərazinin dağıdılıb yerində iaşə obyekti salınmasına göz yumur”.

Sabunçu rayon Elşən Mehdiyev küçəsi 14 ünvanında yerləşən şəhid Nizami Müslüm oğlu adına park mənimsənilərək iaşə obyektinə çevrilib. Bu barədə Arqument.Az-a sakinlər məlumat veriblər.

Onların bildirdiyinə görə Elşən Mehdiyev küçəsində yerləşən park 1996-cı ildə açılıb. Belə ki, bağ Füzuli rayonundan olan məcburi köçkün Əmirov Vaqif Fərman oğlu tərəfindən salınıb. 1999-cu ildə isə bağa şəhid Nizami Müslüm oğlulunun adı verilib. Park yaşıllaşdırılıb. Sakinlərin dincəlməsi üçün hər cür şərait yaradılıb.

Amma son günlər parkın ərazi iş adamalrından biri tərəfindən satın alınıb. Belə ki, Sabunçu ərazisində yeganə yaşıllıq ərazi kimi tanınan parkda bu yaxınlarda Tərlan Hüseynova adlı şəxs tərəfindən kafe-çayxana tikilməsi planlaşdırılır.

Sakinlər bildirirlər ki, Tərlan Hüseynova parkı Sabunçu rayon İcra Hakimiyyətinin razılığı ilə aldığını deyir: 

"O hətta buna görə İcra Hakimiyyətinə 60 min manat rüşvət verdiyini və sənəd aldığını da gizlətmir, amma sənədin saxta olduğuna şübhə yoxdur. Əgər İcra Hakimiyəti belə bu sənədi veribsə, yenə də bu sənəd qondarma sənəddir. Bütün sakinlər parkda kafe-çayxana adı ilə əxlaqasız yuvası yaradılmasından narahatdırlar. Bu məsələdə nədənsə İcra Hakimiyyəti də susur, yaşllıq ərazinin dağıdılıb yerində iaşə obyekti salınmasına göz yumur”. Şikayətçilər bildiriblər ki, parkda tikinti dayandırılması üçün əlaqədar orqanlara şikayət edəcək, ölkə prezidentinə müraciət ünvanlayacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]