Siyasət

Üç icra başçısı naziri bitirdi - Təfsilat

2-10-2016, 02:06
Üç icra başçısı kuratorunu çətinə salıb

Bu haqda Politika.Az-a mötəbər qaynaqdan xəbər verilib. 

Gədəbəy rayon rəhbəri Ramiz Yediyarov, Şəmkir şefi Alimpaşa Məmmədov və Binəqədi rayon hakimi Xaləddin İsgəndərov himayədarını məsuliyyət qarşısında qoyub. 

Məlumatda iddia olunur ki, hər üç icra başçısı vergilər naziri Fazil Məmmədovu referendum sınağından üzüağ çıxara bilməyib. 

Bu rayonlarda referendumla bağlı təbliğat işi zəif təşkil olunub. Üstəgəl, adıçəkilən bölgələrdən daxil olan şikayətlərin statistikası hazırlanıb. 

Vergilər nazirindən hər üç regiona görə hesabat tələb olunub. Vitse-prezidentlik iddiasında olan F.Məmmədov üçün bu yolun bağlandığını söyləmək olar. 

Referendum icra hakimiyyəti strukturlarına bir imtahan idi. Vergilər naziri isə kuratorluq etdiyi rayonların başçılarının ucbatından "2” qiyməti alıb. 

Politika.Az-ın xəbərinə görə, Binəqədi, Gədəbəy və Şəmkir rayonlarından tez-tez prezidentə şikayətlər göndərilir. 

Bu müraciətlərin arasında sahibkarlara qarşı edilən haqsızlıqlar üstünlük təşkil edir. Dövlət başçısına çatan şikayətlərdə iş adamlarının başına açılan müsibətlərdən bəhs olunur. 

X.İsgəndərov, A.Məmmədov və R.Yediyarov digər rayon rəhbərlərindən daha çox qəddarlığı ilə fərqlənir. Nəticə etibarı ilə vergilər naziri onların üzündən töhmət alıb. 

Qeyd edək ki, Gədəbəyin icra başçısının veteranlıq statusu düzəltdirmək adı ilə vətəndaşlardan kütləvi surətdə pul yığdırması haqda mətbuatda yazılar dərc olunmuşdu. 

Həmin yazılarda başçısının külli miqdarda büdcə vəsaitinin qanunsuz xərclənməsi yolu ilə vergidən yayındırılmasına şərait yaradan əməllərə yol verdiyi qeyd olunurdu. 

Təsdiq olunması üçün aidiyyati dövlət qurumlarına göndərilən və veteranlıq statusu almaq üşün bir ətək pul ödəmiş şəxslərin siyahısı bir müddət əvvəl geri qaytarılıb. 

Qarşı tərəfi mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]