Siyasət

Şəmkirdən sensasion xəbər gəldi: icra başçısı yoxa çıxıb - Detallar

18-11-2016, 00:59
Şəmkirin icra başçısı yerli camaatı saymır; Alimpaşa Məmmədov rəhbər təyin olunduğu tarixdən etibarən əhali ilə görüşlər keçirməyib, sakinlərin problemlərini dinləməyib... 

Bu haqda Politika.Az-a yerli sakinlər xəbər verib.
 Onların sözlərinə görə, icra başçısı iqtisadi böhranın dərinləşdiyi zamanda şəmkirlilərlə görüşüb dərd-sərini soruşmayıb. 

Nə fermerlər, nə sahibkarlar, nə də kəndlilər onun üzünü görüb. A.Məmmədov Şəmkir əhalisinin vəziyyətini vecinə də almır. 

Sakinlər bildirirlər ki, dövlət başçısı tezliklə Şəmkirə səfər etmiş olarsa, buradakı problemləri görə bilər. Ən çox da narazı olan təbəqə sahibkarlardır. Şəmkirlilər sabiq icra hakiminə rəhmət oxuyurlar. 

Amma keçmiş icra başçısı Nazim Veyisovdan qalma "qanun”lar öz qüvvəsindədir. Belə ki, rayona bir neçə ay öncə təyin olunan Alimpaşa Məmmədov sələfinin yürütdüyü siyasəti davam etdirir. İddialara görə, məmurlar yerli sahibkarlara "göz verir, işıq vermir”.

Hər ay ayrı-ayrı obyektlərə qoylan "haqq” çatdırımalıdır. Hansısa iş adamı rayonda iş görmək istəyəndə, icra nümayəndələri gəlib başının üstünü kəsdirir. Ondan istədiyini almayana qədər əl çəkmirlər. Burada iş görməyin öz "haqqı” var. 

İcra rəhbərliyi öz qiymət cədvəlini tərtib edib. Ona görə də Şəmkirdə ən çox şikayətçi zümrə sahibkarlardır. Xatırladaq ki, keçmiş icra başçısı Nazim Veyisov prezidentin sərəncamı ilə işdən azad olunub. Onu yerinə Alimpaşa Məmmədov gətirilib.

A.Məmmədov vergilər naziri Fazil Məmmədovun "vuran əli” hesab olunur. Zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. 

Sumqayıtda çalışarkən "sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Nazir F.Məmmədov 2012-ci ildə onu Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyin etmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]