Dünya

`Putin davakar adamdır` –Klintondan etiraf

18-01-2016, 08:03
ABŞ prezidentliyinə namizəd Hilari Klinton etiraf edib ki, dövlət katibi olduğu vaxt Rusiya prezidenti Vladimir Putinlə danışmaq olduqca çətin olub. 

AzVision.az xəbər verir ki, Klinton Rusiya liderini davakar adam kimi xarakterizə edib. 

"Mənim onunla münasibətlərim? Bu maraqlıdır. Biz bir-birimizlə çətinliklə danışırdıq. O, elə adamdır ki, yanında öz maraqlarını sonuna qədər müdafiə etmək lazımdır”, - deyə Klinton Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədlərin debatı zamanı qeyd edib. 

Klinton hesab edir ki, ABŞ Avropa ölkələri ilə birgə hərəkət etməlidir. O, Krım və Donbasdakı hadisələrlə əlaqədar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə sevindiyini gizlətməyib.

"Biz birlikdə olmalı və Putinin Avropa və Yaxın Şərqdə daha aqressiv mövqe tutmağına mane olmalıyıq”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]