Əsas Səhifə / Gündəm / Ölkə

Keçmiş MTN-in binası DTX-nə verildi - Foto

4-02-2016, 16:41
Keçmiş MTN-in binası DTX-nə verildi - FotoLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) binası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istifadəsinə verilib.

Artıq binanın üzərindəki "Milli Təhlükəsizlik Nazirliyi" yazısı "Dövlət Təhlükəsizliyi Xidməti" ilə əvəzlənib. 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Prezidentin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə isə Orxan Sultanov təyin ediliblər.

APA.az 

Administratorla əlaqə

077 611-55-22

[email protected]