Əsas Səhifə / Gündəm

Daha iki dövlət qurumu birləşdirilir

15-12-2015, 15:36
Daha iki dövlət qurumu birləşdirilir

Yanvarda DSMF ilə ƏƏSMN vahid qurum altında fəaliyyət göstərəcək, yeni nazir isə Səlim Müslümovun olacağı gözlənilir

Ötən gün dövlət başçısının fərmanı ilə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bazasında iki ayrı xidmət yaradıldı. Həmin fərmana əsasən Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri formalaşdırılıb. Lakin hökumət prosesi bununla yekunlaşdırmaq fikrində deyil.

JAM.AZ-a daxil olan məlumata görə, yanvar ayından etibarən hakimiyyət daha bir islahata hazırlaşır. Həmin islahata əsasən yeni ildən etibarən Dövlət Sosial Müdafiə Fonduyla (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMM) birləşdiriləcək.

Mənbə bildirir ki, hökumətin ilk planında bu birləşmə üç nazirliyin əsasında reallaşdırılmalıydı. Üçüncü nazirlik isə Səhiyyə Nazirliyi hesab olunurdu. Lakin mütəxəssislər bu birləşmənin ciddi problemlər yaradacağını düşündüklərindən prosesi dayandırmalı olublar. Yəni, Səhiyyə Nazirliyinin əvvəlki statusda fəaliyyət göstərməsini məqbul hesab ediblər.

JAM.AZ bildirir ki, DSMF və ƏƏSMN-in birləşməsindən sonra yeni yaradılacaq qurumun rəhbərinin kimliyi də dəqiqləşib. Mənbə xəbər verir ki, Səlim Müslümov yeni qurumun rəhbəri olacaq. DSMF-nin hazırkı sədri Elman Mehdiyev isə başqa bir vəzifəyə keçiriləcək. Onun da nazir statusu alacağı istisna edilmir.
jam.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]