Foto Fakt

MILLI QƏHRƏMANIMIZIN BAŞI ÜZƏRINDƏ TƏRS ASILAN BAYRAQ (FOTO-VİDEO)

21-09-2016, 23:23

Yasamal rayonu Əsəd Əhmədov küçəsində Milli Qəhrəman və bayrağımıza qarşı hörmətsiklik...


Uluyol.infoxəbər verir ki,Yasamal rayonu Əsəd Əhmədov küçəsində Milli Qəhrəman Məcidov Eldar Tofiq oğlunun xatirə lövhəsi üzərində dalğalanan üç rəngli bayrağımız tərs asılmışdır.Bayrağa qarşı sayqısızlıq bir neçə idarə-təşkilatlarda şahidi olmuşduq.Ya bayraqların tərs asılması,yada baxımsızlıqdan parçaları süzülmüş,aysız-ulduzsuz bayraq...


Bu dəfə ki,mənzərə isə daha ürək ağrıdıcıdır. Hansı ki,könüllü olaraq Vətən torpaqlarının müdafiəsinə qalxan,onlarla döyüşlərə komandirlik etmiş,mülkü əhalinin təhlükəsizliyinin qorunmasında yaxından iştirak edən,Milli Qəhrəmanın yaşadığı binanın önündə uğrunda şəhid olduğu bayraq tərs asılıb.

 

Bayrağımız bizim milli kimliyimizi əks etdirir.Burda texniki səhv keçərli deyil...

Milli Qəhrəmanımızın başı üzərində tərs asılan bayraq (FOTO-VİDEO)

 

 

 

 

 

 

 

 

 

 

 


 


 


 

Uluyol.infoMilli Qəhrəman Məcidov Eldar Tofiq oğlunu xatırlayır:


1965-ci il 26 avqustda Bakı şəhəri Yasamal rayonunda dünyaya göz açmışdır.1972-cil il 52 saylı orta məktəbə birinci sinfə daxil olmuşdur.1982-ci ildə həmin məktəbi qurtarmış və Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işə başlayır.1983-cü ildə hərbi xidmətə Almaniyaya yollanır.Hərbi xidmətin 1985-ci ildə başa vurub Azərbaycana qayıtdıqdan sonra yenidən əvvəlki işinə qayıdır.


Eldar Məcidovun incəsənətə marağı sonralar onu "Yaşıl teatr”a gətirir.Yaşıl teatrda 1989-cu ildən baş inzibatçı işinə başlayır.Teatrda çalışan vaxtlar hazırlaşıb ,sənədlərin Azərbaycan İncəsənət Universitetinə verir və mədəni –maarif fakültəsinə qəbul olur.


Azərbaycan müstəqilliyin elan etdikdən sonra erməni işğalçılarının torpaqlarımıza hücümü başlayır.Bu zaman Eldar Məcidov cəbhədə baş verənlərdən hiddətlənərək könüllü ordu sıralarına yazılır.1992-ci ilin 20 martında 776 saylı hərbi hissədə PDM-ə (piyadaların döyüş maşını) komandir təyin edilir.1992-ci il mayın 9-nda cəbhəyə yola düşür.


Xidməti zamanı bir çox hücumların qarşısın alınmasında yaxından iştirak etmiş,yaralı və mülkü əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi əməyi keçən döyüşçülərdən olmuşdur.1992-ci il mayın 15-də Şuşa rayonunun Zarıslı kəndində ağır döyüşlər zamanı sağ ayağından yaralanan Eldar Məcidov Qubadlı rayon xəstəxanasına çatdırılsada,çoxlu qan itirdiyindən həyatın xilas etmək mümkün olmur.Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ailəli idi,bir qızı yadıgar qalıb.


Azərbaycan Respublikasının prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Məcidov Eldar Tofiq oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı”adı verilmişdir.Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

 

Saday Fərəcov

Uluyol.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]