Ölkə

Tovuzda bayraq və Bayraq Meydanı rəzaləti - Video

10-08-2016, 00:41
Tovuzda bayraq və Bayraq Meydanı rəzaləti - Video

GörəsənTofiq Zeynalov xarabazara çevrilən Bayraq Meydanının təmir eləməyi düşünür?

Sözün düzü biz elə hesab edirdik ki, yəqin icra başçısı dəhşətli vəziyyətdə olan Bayraq Meydanının təmir etdirdikdən sonra bizdən Mətbuat Şurasına şikayət məktubu ünvanlayıb.

Təqribən ay yarım əvvəl AzMedia.info olaraq Tovuz rayonundan hazırladığımız reportajda Tovuz rayonunun girəcəyində yerləşən Bayraq Meydanının xaraba vəziyyətdə olduğunu fotosübutla ortaya qomuşduq. Bu yazıdan sonra isə Tovuzun icra başçısı Tofiq Zeynalov bizdən Mətbuat Şurasına şikayət məktubu ünvanlanmışdı.

Sözün düzü biz elə hesab edirdik ki, yəqin icra başçısı dəhşətli vəziyyətdə olan Bayraq Meydanının təmir etdirdikdən sonra bizdən Mətbuat Şurasına şikayət məktubu ünvanlayıb. Amma hesabımızda tamamilə yanılmışıq. Çünki Mətbuat Şurasına ünvanladığı şikayət məktubunda bizi, ona qarşı şər və böhtan atmaqda ittiham edən Tofiq Zeynalov xaraba vəziyyətdə olan Bayraq Meydanını təmir etdirmək heç fikrindən belə keçmir. Ortadakı mənzərə ay yarım əvvəlkindən daha da betərdi.

Son ay yarımda Tovuzdakı Bayraq Meydanında əmələ gələn əsas dəyişiklik bütün Azərbaycan üzərində və beynəlxalq təşkilatlarda qürurla dalğalanan bayrağımızın cırılmasıdır. Bunu 78 yaşlı icra başçısının görməməsi mümkündür. Amma Tovuz İcra hakimiyyətində çalışanların, xüsusəndə Tovuz şəhər İcra nümayəndəsinin görməməsi imkansızdır.

Xatırladaq ki, rəsmi açıqlanan məlumatlarda hər il Tovuz rayonunun abalaşdırılması üçün külli miqdarda vəsait sərf olunur. Lakin buna baxmayaraq dövləimizin simvolu olaraq yaradılan bayraq meydanının ürək ağrıdan vəziyyətdədir. Qeyd edək ki, bu vəziyyət Azərbaycanın heç yerində müşahidə olunmur.

Bütün bunlara rəğmən Tovuzun icra başçısı öz ayıbını düzəltmək əvəzinə Mətbuat Şurasına müraciət edərək bəyan edir ki, güya biz ona şər və böhtan atmışıq…

Həqiqət isə ortadadır. Daha doğrusu Tovuzun ortasında xaraba bazara çevrilən Bayraq Meydanıda.

Tovuzun Bayraq Meydanıdakı son mənzərəni oxucularmızın diqqətinə cəlb edirik:




Administratorla əlaqə

077 611-55-22

[email protected]