Ölkə

Daha bir yüksəkliyimizə bayraq asıldı

24-05-2016, 21:57

Qarabağ döyüşlərində itkin düşmüş Qazax rayon Daş salahlı kənd sakini Göycə Eyvazovun Oğlu Tural Eyvazov kəndin girişindəki Şiş təpə yüksəkliyinə şanlı bayrağımızı asıb.

 Bu barədə Terefdar. az-a kənd sakinləri bildirib. Məlumata görə, T. Eyvazov bunu apreldə baş tutan 4 günlük(1-5 aprel ) müharibə zamanı Lələtəpə, Seysulan  və digər yüksəkliklərimizin düşməndən azad olunmasına həsr edib :"Bu, Turalın öz təşəbbüsü oldu.  Kənd bələdiyyəsi və icrasının hadisədən  xəbəri yox idi. Bir də gördük ki, Tural evdən çıxıb üçrəngli bayrağımıza bürünərək Şiştəpə yüksəliyinə tərəf gedir. Ora çatanda yüksəklikdəki bayraq dirəyinə dırmaşdı və bayrağımızı asdı. İndi bayrağımz kəndin girişində dalğalanır. Bu həm də vəziyyətin gərgin olduğu dövrdə isanlarda ruh yüksəkliyi yaradırdı. Qəhrəman oğlu qəhrəman olar".

Daha bir yüksəkliyimizə bayraq asıldı”

Administratorla əlaqə

077 611-55-22

[email protected]