Elm

Xırdalan məktəbində daha bir rüsvayçılıq

26-01-2016, 00:08

Bu dəfə birinci sinif şagirdi döyüldü.

Xırdalanda yerləşən 9 saylı Misir-ərəb məktəbindən daha bir valideyn şikayəti var.

Milli.Az xəbər verir ki, şagirdin qadın müəllim tərəfindən döyülməsi xəbərindən sonra gündəmə gələn Xırdalan məktəbindən valideyn şikayət var. Bu dəfə üçüncü sinif şagirdi deyil, birinci sinif şagirdi döyülür.

Bu barədə ötən gün baş çəkdiyimiz sözügedən məktəbdə valideyn bildirib. Ananın sözlərinə görə, qızı və oğlu eyni sinifdə oxuyurlar. Bir müddət əvvəl onun da uşağı qadın müəllim tərəfindən təzyiqə müruz qalaraq döyülüb.

"Mənim hər iki övladım birinci sinfə gedir və eyni sinifdə oxuyur. Bir müddət əvvəl uşağım yaşlı müəllim tərəfindən döyülüb. Döyülən uşağım o qədər ağlayıb ki, digər övladım da qorxusundan ona qoşulub.

Övladıma əl qaldıran müəllimin adını çəkmək istəmirəm, çünki direktor Həcər İbrahimovayabu barədə məlumat vermişəm və ümid edirəm ki, bir ölçü götürüləcək. Həmin müəllim yaşlıdır və çoxdan təqaüdə çıxmalı idi".

Daha sonra valideyn bildirib ki, əgər həmin müəllim barədə bir ölçü götürülməsə, lazımi qurumlara müraciət edəcək.

"Ərim dənizçidir və hal-hazırda işdədir. Əgər yaxın günlərdə müəllim barədə tədbirlər görülməsə, ərim gələndən sonra Təhsil Nazirliyinə üz tutacam, lazım olsa, polisə də gedəcəm", - valideyn bildirib. (milli.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]