Gündəm

Bakıda FƏTÖ əməliyyatı: gülənçi dönərxanalar bağlanır

15-09-2016, 02:04
Bakıda FƏTÖ-ya qarşı mübarizənin yeni mərhələsi başlanır

Politika.Az-ın əldə etdiyi özəl məlumata görə, hüquq-mühafizə orqanları fətullahçıların işlətdiyi ticarət yerlərini təftiş edir. 

Yaxın vaxtlarda əməliyyat-axtarış tədbirlərinə başlanması nəzərdə tutulub. Bu əməliyyatların gülənçilərin kafe və restoranlarını əhatə edəcək. 

FƏTÖ-nun siyasi və iqtisadi qanadlarının, o cümlədən media və təhsil sektorlarının zərərsizləşdirilməsindən sonra növbə ticarət obyektlərinə çatıb. 

Paytaxtda kifayət qədər gülənçilərin sahibi olduğu kafelər fəaliyyət göstərir. Əsasən menyusunda dönər, lahmacun, pide olan məlum kafelərin araşdırılması planlaşdırılır. 

Bu günlərdə "Böyük Fırat” şəbəkəsinin ölkəyə buraxılmaması da mübarizə tədbirlərinin tərkib hissəsidir. 

Politika.Az-a daxil olan xəbərə görə, fətullahçı obyekt sahiblərinin məntəqələri bağlanacaq, özlərinin ölkədən deportasiya olunmasına başlanacaq. 

Bakı və regionlarda xeyli sayda dönərxanalar, lahmacun satılan kafelər var. Onların hamısını Gülənə bağlı adamların işlətdiyini söyləmək olmaz. 

Lakin şəbəkələşmiş bu sektor adamları haqda səhih informasiyalar hüquq-mühafizə orqanlarının əlinə keçib. Mənbə bildirib ki, rəsmi Bakı FƏTÖ-ya qarşı mübarizə tədbirlərini intensiv və ardıcıl aparmaq istəmir. 

Bununla gözdən yayınmağa cəhd olunur və kampaniya şəklində hərəkətlər aparılmadığı nümayiş etdirilir. Hakimiyyət mərhələli şəkildə Gülənə qarşı mübarizə aparır. 

Qeyd edək ki, əvvəlcə iqtidarın içinə sızmış fətullahçıları ifşa olunub və vəzifədən kənarlaşdırılıb. 

Sonra onlara bağlı olan media quruluşları, sayt, qəzet və telekanallar qapadılıb. Ardınca təhsil kursları, tədris mərkəzləri və universitet Gülən şəbəkəsinin nəzarətindən çıxarılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]