Ölkə

Gülən ajiotajı: “Azinka” qurucusu dindiriləcək

29-08-2016, 02:18
"Azinka” şirkətinin qurucusu Şaiq Nəbiyev istintaqa çağırıla bilər

Mənbənin sözlərinə görə, Yardımlıda "Nur” məscidi tikdirmiş iş adamının prokurorluqda dindirilməsi gözlənilir. 

Ş.Nəbiyev illərdən bəri dövlət və özəl sektora fətullahçı yerləşdirməkdə rol oynayıb. Onun qurucusu olduğu "Azinka” şirkətinin Türkiyədə terror təşkilatı elan edilmiş FƏTÖ-ya maliyyə dəstəyi verdiyi ittihamları səslənir. 

Şirkətin Azərbaycanda əlaqələrinin genişlənməsi və sərbəst şəkildə fəaliyyət göstərməsində nurçu təriqətinin ciddi təsiri olub. 

Hüquq-mühafizə orqanları tərəfindən FƏTÖ-ya bağlı təsisatların və şəxslərin araşdırılması istiqamətində Ş.Nəbiyevin məsuliyyətə cəlb olunacağı istisna deyil. 

Məlum olduğu kimi, Ş.Nəbiyev Qafqaz universitetinin prorektoru olub. Təhsil müəssisəsinin rektoru Natiq Paşa ilə ciddi əlaqələrə malikdir. Hər iki şəxsin "Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovla sıx təmasları haqda iddialar yer alıb. 

Ş.Nəbiyevlə birgə N.Paşanın da Gülən hərəkatı ilə əlaqədar istintaqa dəvət olunacağı gözlənilir. Yada salaq ki, Yardımlı rayonunun Ostayır kəndində anadan olan Şaiq Nəbiyev məscidi elə öz kəndində inşa etdirib. 

Məlumata görə, Nəbiyev 2000-ci illərdə kənddə köhnə şiə məscidin yerində ucaltdırdığı məscidin adını da "Nur” qoyub. sözügedən məscidə "Nur” adının qoyulması kənddə narazılıqla qarşılanıb. 

Əhalisi şiə olan kənd sakinlərinin uzun mübarizəsindən sonra, cəmi bir neçə il əvvəl həmin "NUR” sözü məscidin üstündən sökülüb. Yalnız bundan sonra camaat məsciddən istifadə etməyə başlayıblar.

Xatırladaq ki, Qafqaz Universitetin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin üzvü Şaiq Nəbiyev vəzifəsindən bu gün azad olunub və RH-nin üzvlüyündən çıxarılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]