Siyasət

Əliyevlə Ərdoğanın gizli İŞİD və FƏTÖ anlaşması - Təfərrüat

31-08-2016, 16:53
Türkiyə ilə Azərbaycanın terrorizmə qarşı birgə mübarizənin yeni detalları üzə çıxıb

Politika.Az-a diplomatik mənbələrdən sızan səhih xəbərə görə,iki ölkə arasında əldə olunan razılaşmaya əsasən vəhhabilər zərərsizləşdirilməlidir. 

Rəsmi Bakı Azərbaycandan Suriya və İraqa gedən ekstremistlərin saxlanaraq təhvil verilməsini xahiş edib. 2011-ci ildən ölkəmizdən Suriyada gedən müharibəyə qoşulan xeyli sayda azərbaycanlı var. 

Vəhhabilərin əksəriyyəti Türkiyə ərazisindən keçərək İŞİD və digər qanunsuz silahlı birləşmələrdə iştirak edib. 

Azərbaycanlı döyüşçülər arasında ölənlər də, savaşanlar da, ölkəyə qayıdaraq həbs edinlər də var. Son zamanlarda xəvariclərin Suriyaya axın etməsi rəsmi dairələri narahat etməyə başlamışdı. Həm QMİ, həm dini komitə, həm hüquq-mühafizə orqanları birgə mübarizə üçün çırmanmışdı. 

Politika.Az xəbər verir ki, onların toplaşdığı məscidlər nəzarətə götürüldü, bir neçəsi qapadıldı, xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarda çoxlu sayda terrorçu həbs edildi. Amma bu, prosesin köklü şəkildə qarşısını ala bilmirdi. 

Mənbənin qeydlərinə görə, Bakı-Ankara arasında əldə oluna sövdələşmədən sonra azərbaycanlı İŞİD-çilərin Suriyaya keçidi əngəllənib. 

Son aylarda Suriyaya getmək istəyənlərin sayında kəskin şəkildə azalma müşahidə olunur. Qaynağımız bunun məhz Türkiyənin razılığı olduqdan sonra baş verdiyini iddia edir. 

Onun sözlərinə görə, iki ölkə arasında terrora qarşı mübarizənin qarşılıqlı bəndi də son aylarda FƏTÖ-ya qarşı rəsmi Bakının göstərdiyi sədaqət olub. 
Ankara azərbaycanlı İŞİD üzvlərinin Bakıya təhvil verilməsinə qarşılıq Fətullah Gülənin adamlarını təmizləməyi xahiş edib. 

İki qardaş ölkənin anlaşması nəticəsində İŞİD və FƏTÖ kimi terror təşkilatları elan edilmiş hərəkatlara qarşı mübarizədə birgə səy göstərilib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]