Siyasət

Gülənçi imam Bakını silkələdi: FƏTÖ həbsləri başlanır - Təcili

30-09-2016, 02:20
Azərbaycanda yeni FƏTÖ əməliyyatına təkan verəcək siyasi ötürmə baş verib

Politika.Az-ın xəbərinə görə, AKP hökuməti rəsmi Bakıya mətbuatın dili ilə inanılmaz bir mesaj verib. 

Türkiyə mətbuatında Fətullah Gülən şəbəkəsinin Azərbaycan üzrə imamının "hoca”ya məktubu dərc olunub. 

Bu məktubla tanışlıqdan öncə deməliyik ki, oradakı məqamlar həbslərin başlanması və təftiş üçün əlverişli fürsətdir. 

Hər halda bu məktub rəsmi Ankaranın icazəsi olmadan çap edilə bilməzdi. Bu da öz növbəsində Bakıya ciddi bir ismarıcdır ki həbslərə davam edin. 

Məktubda deyilir: "Möhtərəm Fətullah Gülən Xoca Əfəndi...Hərəkatımızın Azərbaycandakı durumu ilə bağlı öz qənaətlərimi diqqətinizə çatdırmaq istəyirəm. 

Azərbaycan Prezident Aparatındakı dostumuzun səyləri və dəstəyi sayəsində Daxili İşlər, Ədliyyə, Maliyyə, Fövqəladə Hallar və Təhsil nazirliklərində adamlarımızın vəzifə sahibləri olmaları arzuladığımız istiqamətdə irəliləməkdədir. 

Xüsusilə, Azərbaycan Gənclik Təşkilatına çox sayda gənc Hizmət hərəkatı üzvlərinin qəbul edilməsi fəaliyyətimiz baxımından fövqəladə əhəmiyyətə malikdir. Belə ki, Azərbaycanda önəmli dövlət vəzifələrinə gənc üzvlər bu təşkilatdan seçilərək qoyulurlar”.

Politika.Az xatırladır ki, referendumdan sonra ölkədə Fətullah Gülən şəbəkəsinə qarşı mübarizənin sərtləşdiriləcəyini bildirmişdik.

Mətbuat da yazmışdı ki, hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir, fətullahçı qruplar təftiş edilir.

Onların dövlət orqanlarına yerləşdirilməsi,habelə müxalifət cəbhəsində kök salması, iqtisadi dayaqları və təbliğat ruporlarının zərərsizləşdirilməsi istiqamətində iş aparılır. Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman da deyib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev FƏTÖ-yə qarşı lazımi tədbirləri görür.

Daxili İşlər naziri Ramil Usubovun da Türkiyə səfəri bu mənada kifayət qədər faydalı olub. Nazirin Bakıya dosye ilə gəldiyi haqda proqnozlar var. Ehtimal olunur ki, Türkiyədən təqdim olunan siyahı üzrə məxfi araşdırmalar nəticəsində ölkədə səs-küylü həbslər olacağı qaçılmazdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]