Ölkə

Neft ölkəsinin kimsəsiz qızı parkda gecələyir - Foto

14-09-2016, 22:04
Xeberman.com-un verdiyi xəbərə görə, Dəyanət Babayev adlı Feysbuk istifadəçisi Nərimanov parkında həmin şəxsi görüb. 

Qızın adı açıqlanmasa da fotosu yayımlanıb. D.Babayev qeyd edib ki, həmin qız bir neçə gündür parkda gecələyirmiş: "3-4 gündür ki, Nərimanov parkında görürəm, bu gün yaxınlaşıb bir az söhbət etdim. Acından skamyadan dura bilmirdi. Dedim gedək kafeyə, sənə yemək alım, getməyə heyi olmadı. Dönər və içməyə kola aldım. 

Deməyinə görə uşaqlığından kimsəsizlər evində qalib. 18 yaşı olduğu üçün qanuna görə oradan çıxarıblar. Bir müddət kirayə qalib, pulu verə bilmədiyi üçün 7-8 gündü parklarda gecələyir. Çox səmimi bir qıza oxşayırdı. 

Başqa yolun yolçusu olmadığı hiss olnurdu. Dedi bu gün ancaq Nərimanov parkında olacam. Qurban bayramına görə dövlət iş günü olmadığı üçün bəzi qurumlara kömək istəməyə gedə bilməyəcəm”.

Bir qız uşağının bu hala düşməsi doğurdan da nə cəmiyyət üçün nə də dövlət üçün xoşagələn hal deyil. Neft ölkəsində yaşayan gəncin küçələrdə gecəlməsi yalnız fəlakətdir. Deputat Hacı Qalib isə ölkədə heç bir problem olmadığını danışır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]