Ölkə

Başqasının arvadına zəng edən vahabi yaxalandı – Nərimanov parkında polis əməliyyatı

24-09-2016, 14:42

Başqasının arvadına zəng edən vahabi yaxalandı – Nərimanov parkında polis əməliyyatıBu gün səhər saatlarında paytaxtın Nəriman Nərimanov parkında polislər əməliyyat keçirib. Belə ki, park ərzisində gəzişən şübəhli şəxslər qəfildən polislər tərəfindən yaxalanıb.

Xeberman.com bildirir ki, Cebhe.info-nun hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, hadisəyə səbəb vahabinin törətdiyi hərəkət olub.

O, digər bir vətəndaşın həyat yoldaşına zəng edərək narahat edib. Belə olan halda xanımın əri vahabi ilə məsələni aydınlaşdırmağa çalışıb və məsələ parkda görüş təyin edilməsi ilə nəticələnib. Bundan xəbər tutan polislər isə dərhal hərəkətə keçərək vahabini və digər vətəndaşı yerindəcə qandallayıb Post Patrul Xidmətinin maşını ilə yaxınlıqdakı polis bölməsinə aparıblar. Əməliyyata 20-yə yaxın polis əməkdaşı, 10-dan çox mülki geyimli polis əməkdaşı cəlb edilib. Vahabinin və digər vətəndaşın ad- soyadı gizli saxlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]