Dünya

Terrorçular atəşkəsdən imtina etdi

12-09-2016, 18:19
Suriyadakı radikal İslam təşkilatlarından olan Əhrar-uş-Şam yeni atəşkəsə əməl etməyəcəyini açıqlayıb. 
 
Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən terror təşkilatının liderlərindən olan Əli Ömər bununla bağlı açıqlama yayıb:

"Altı ildir müharibənin əziyyətini çəkən üsyankar xalq yarımçıq həlləri qəbul edə bilməz. Rusiya və ABŞ-ın atəşkəs razılaşması üsyan edən xalqımızın fədakarlıq və qazanclarını yerə vuracaq. Bu razılaşma sadəcə rejimin gücləndirilməsinə xidmət edəcək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]