Dünya

Ər-Riyad neft hasilatının “dondurulması”na dair sazişə əməl etməyə hazırdır

7-09-2016, 01:36
Səudiyyə Ərəbistanı müvafiq razılaşmaların əldə olunacağı təqdirdə neft hasilatının səviyyəsinin "dondurulması” prinsipinə əməl edəcək.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr bildirib.    
  
"Neftin hasilatının "dondurulması”na dair saziş əldə olunarsa, Səudiyyə Ərəbistanı ona əməl edəcək”, - deyə Adil Əl-Cübeyr Londonda jurnalistlərə bildirib.    
 
Adil Əl-Cübeyr hasilatın həcmini artırmağa çalışan İranın razılaşmanın əldə olunmasına mane ola biləcəyini bildirib: "Rusların mövqeyi bizim mövqe ilə daha çox üst-üstə düşür”, deyə nazir vurğulayıb.
 
 Qeyd edək ki, sentyabrın 5-də Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarında sabitliyin qorunması üçün birgə addımların atılmasına dair razılaşma əldə olunub.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]