Siyasət
Mitinqdə 2 min 500 nəfər iştirak edib - Bakı Şəhər Baş Polis İdarəsi
12-09-2016, 00:25

Xeberman.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, saat 17:00-dan 19:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması halları qeydə alınmayıb.