Əsas Səhifə / Müsahibə
Hafiz Hacıyev də “Məhsul”a gələ bilər
4-11-2014, 18:32
Bu barədə Avrasiya.net-ə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə, mitinqin keçirilməsi təklifi İdarə Heyəti üzvləri tərəfindən edilib: “İdarə Heyətinin bir neçə üzvü mənə müraciət edərək partiyanın noyabrın 10-da “Məhsul” stadionunda mitinq keçirmk təklifini verib.Yaxın günlərdə biz İdarə Heyətinin toplantısını keçirib bu məsələni müzakirəyə çıxaracağıq. İdarə Heyəti və partiyanın rayon təşkilat sədrlərinin fikri bizim üçün önəmlidir. Çünki partiyanın əsas güc strukturları, insane resursları onlardadır. Müvafiq qərar qəbul edilərsə, təbii, biz həmin tarixdə mitinqimizə qərar verəcəyik”.
Partiya sədri onu da əlavə edib ki, əgər mitinqin keçirilməsi təklifi toplantıda dəstəklənərsə onda Bakı meriyasına rəsmi şəkildə müraciət olunacaq: “Meriyadan da müsbət cavab aldıqdan sonar “Məhsul”da növbəti izdihamlı mitinqimizi keçirəcəyik. İcazə verilməzsə, təbii ki, keçirməyəcəyik. Biz Azərbaycan qanunlarına həmişə hörmətlə yanaşmışıq”.
Öatırladaq ki, noyabrın 10-da Milli Şurada adıçəkilən ünvanda mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. .