Siyasət

Müsavat Partiyası sentyabrın 18-nə mitinq təyin edib

1-09-2016, 18:11
"Müsavat Partiyası sentyabrın 18-də mitinq keçirməyi planlaşdırır". 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, referendumla bağlı keçiriləcək mitinqin keçmiş "Məhsul” stadionunda təşkil olunması nəzərdə tutulur: "Mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq”. 

Qeyd edək ki, Milli Şura sentyabrın 11-də mitinq keçirməyə hazırlaşır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]