Ölkə

Mikayıl Cabbarovun qərarına qarşı çıxan Abşeron təhsili... Kamran Rzayev məktəbli forma alveri...

11-09-2016, 20:17
Yeni dərs illinin başlanması ilə əlaqədar təhsilimizdə canlanma müşahidə olunsada bir çox ailələrdə bu bir faciəyə çevrilib. Abşeron rayon məktəbləri təhsil nazirliyinin verdiyi qərarları icra etməkdən boyun qaçırmaqdadır. Bir neçə gün bundan öncə Təhsil Nazirliyinin rəsmi açıqlaması mediada səsləndirilməsinə baxmayaraq Abşeron təhsil ocaqları bu bəyanata məhəl qoymamaqdadırlar. 

Görəsən Kamran Rzayev Abşeron təhsilini özünün miras qalmış biznesimi sanır ki, bütün məktəb rəhbərlərinə məktəbli formalarını hansı mağazadan alınması lazım olduğu tapşırıqlarını verməkdədir. Bunu iddia edən sakinlər bildirilər ki, məktəb direktorlarının tapşırığı ilə müəllimlər valideynləri məcbur edir ki, məhs biz deyən mağazalardan "uşaqlarınıza məktəbli forması alaraq verilən çekləri də bizə təqdim etməlisiniz". 

Əgər başqa bir mağazadan və ya başqa ticarət obyektlərindən alınarsa o uşaq şərtsiz məktəbə buraxılmayacaq. Övladlarının gələcək təhsilərini risk altına ata bilmədiklərindən məcburiyyət qarşısında borclada olsa həmin mağazadan 48 AZN məbləğinə forma alırlar.

Qeyd edək ki, 20.06.2016-cı il tarixində BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manat idi: "İndi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-54 ölçüyədək qiymət 43 manat idi. İndi 32-54 ölçüyədək qiymət 46 manatadək artıb. Qeyd edim ki, bu qiymətə məktəbli forması dəstinə pencək şalvar və ya pencək ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olamayaraq 7 manat, jiletlər 6 manata satılacaq".

Diqqətinizə çatıraq ki, 08.09.2016-cı il tarixində Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.

"Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”.

Bütün bu açıqlamalara baxmayaraq Abşeron təhsili tabe olduğu qurumun qərarlarını vecə almayaraq necə deyərlər "burda mənəm bağdadda kor xəlifə" misalı canlanır. Abşeron Təhsil şöbəsinin müdiri Kamran Rzayev kimə və ya kimlərə güvənərək qanunları tapdalamaqdadır. 

Araşdırmalarımız zamanı adının çəkilməsini istəməyən mənbə bildirir ki, Kamran Rzayev Abşeron rayon icra hakimiyyətinin adından istifadə edərək mənim arxamda duran var deyə bildirib. Məsələ ilə bağlı araşdırma aprdığımızdan məsələyə aydınlıq gətirmək məqsədi ilə Kamran Rzayev arxalandığı insanın kim olduğu bizədə maraqlıdır. Görəsən Kamran Rzayev icra başçısı İradə xanım Gülməmmədova arxayındır yoxsa ki, Fuad Cəbrayılova...?

Abşeron rayon qəsəbə və kəndlərini məcburiyyətə cəlb edən bu şəxsin fəaliyyətini araşdıran olub-olmadığı məlum deyil. Kamran Rzayev idarə etdiyi qurumun hansı məqsədlərə quluq etdiyi və yaxud talançılıq prinsipləri həyata keçirməsi araşdırılması zərurəti mövcudur. Rəsmi açıqlamalardan bəli olduğu kimi 37 Azn olan məktəbli formasını Abşeron təhsil şöbəsinə faiz verən mağazalar 48 Azn satmaları ilədə bağlı ilginc məlumatlar BakuNews.az-a daxil olmuşdur.

Araşdırmamız davam edir... Bizi izləməyi unutmayın

Administratorla əlaqə

077 611-55-22

[email protected]