Əsas Səhifə / Ölkə

Məktəb direktorları işə müsabiqə yolu ilə götürüləcək

5-01-2016, 17:31

 Məktəb direktorları işə müsabiqə yolu ilə götürüləcək

Təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Nazirlikdən  verilən məlumata görə, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb. 

Yeni müsabiqə mexanizminin tətbiqi sayəsində 2016-cı ilin yanvar ayından Sumqayıt və Gəncə şəhərlərində qeyd edilən şəhər və rayonlar üzrə məktəb rəhbərlərinin hazırlanması təlimləri təşkil olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]