Ölkə

Abşeron rayonu Xırdalan şəhərindəki 10 saylı məktəb - yoxsa bazar?

15-03-2016, 23:22
Abşeron rayonu Xırdalan şəhərindəki 10 saylı məktəb - yoxsa bazar?

8 martla əlaqədar şagirdlərdən 20 manat pul yığıb 8 mart şənliyi keçirdiblər. Bunun təhsilə nə əlaqəsi var? Azyaşlı uşaqlara 8 mart şənliyinin keçirilməsi nə verir?
Zatən valideynlər azı 30 man müəllimlərə şirinlik veriblər. Əlavə olaraq 20 man pul verib tədbir keçirmək....
Novruz bayramı ərəsəində 30 manat novruz şənliyi üçün pul yığılır. Başa düşə bilmirəm kosa keçəl hollivuddan gəlir? 
Uşağın nəyinə lazımdır bu tədbir? Bəyəm yuxarı sinif uşaqlarını cəlb edərək kosa keçəl edib onların aktyorluq qabiliyyətlərini artırmaq olmazmı?
Əlavə olaraq hər bir uşaq üçün 5 manat pul tələb olunur. Novruz xonçası üçün. Uşaq müəllimə deyir ki mamam xonça bəzəyib gətirəcək. sinif rəhbəri deyir lazım deyil 5 manat gətirin özümüz alacağıq..... 2 ci sinif uşağı ilə müəllimə arasında dialoqa baxın...

Test pulu , lövhədə yazmaq üçün marker alınması...
Bununla hansı təhsildən danışmaq olar? 
Abşeron gənclər şəhərciyində yerləşən bu məktəb ödənişli mədəniyyət evinə çevrilib. Valideynlər var hələ evinə 100 qram qoz ala bilməyib amma borc tapıb uşağına verir ki sinifdə seçilməsin. adamlar tanıyıram ışıqları kəsilib borca görə qaranlıqda otururlar. Amma dilənib məktəbə pul verirlər.
Bu ölkədə qayda qanunlar yoxdurmu?
Hara baxır təhsil nazirliyi
Hara baxır Abşeron icra hakimiyyəti? 

İlqar Qulusoy - valideyin


Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]