Ölkə

Nizami rayon icra başçısının oğlu hərbi xidmətini harda çəkir? - FOTO

1-09-2016, 12:57
Nizami rayon icra başçısının oğlu hərbi xidmətini harda çəkir? - FOTONadir Qasımovun DTX-də əsgərlik çəkdiyi halda, onun tez-tez "Baku Aquatics Centre”də görünməsi suallar doğurur 

Bu gün Legion.az saytının redaksiyasına maraqlı bir xəbər daxil olub. Nizami rayon icra başçısı Arif Qasımovun çağrışçı olan oğlu Nadir Qasımovun DTX-də xidmət keçdiyini öyrənmişik.

Ancaq redaksiyamıza daxil olan məlumata görə, onu tez-tez "Baku Aquatics Centre” də məşq edərkən görürlər. Olsun , idman sağlamlıq deməkdir. Lakin Nadir Qasımovun DTX-də əsgərlik çəkdiyi halda, onun tez-tez "Baku Aquatics Centre”də görünməsi suallar doğurur. Bizə də bu xəbər maraqlı gəldiyi üçün balaca araşdırma apardıq. 

N.Qasımovun çevrəsindən əldə etdiyimiz məlumata görə, onun atası Nizami rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra, "Ay İşığı” restorannın yanında 2 hektara yaxın boş torpaq ərazidə özü üçün yeni "Baku Aquatics Centre” yaratmaq fikirindədir. Apardığımız digər araşdırmalar nəticəsində Nadir Qasımovun "İnstagram” səhifəsinə daxil olduq və orda onun paylaşdığı maraqlı fotolara rast gəldik. 

Fotolara baxanlarda bu şəxs barədə elə təsəvvür yaranır ki, o əsgər yox,artıq hazır icra başçısıdır. 

Məsələ ilə bağlı araşdırmamız davam edir. 

Şamil Əfəndi

Legion.az






 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]