Ölkə

İCRA BAŞÇISI İLƏ HİLAL ƏSƏDOVU BAĞLAYAN QOHUMLUQ VƏ BİZNES TELLƏRİ

30-04-2016, 21:47
Daşın altından yenə Rabitə Nazirliyi çıxdı; Nizami rayon icra başçısı Arif Qasımov qohumu general Hilal Əsədova Siyəzəndə dəbdəbəli villa tikdirib; Həsən Əliyevin cinayətləri işindən Arif Qasımovu kim qurtarıb; generalın bacanağı Nizami rayonunda Hilal Əsədovun gizli pulları ilə böyük yatırımlar edir… 

Bir həftə əvvəl Rabitə Nazirliyndən qovulan Mehdi Cəfərov MTN generalı Hilal Əsədovun bacanağı, Nizaminin icra başçısı Arif Qasımovun isə qaynı imiş. 
 
XEberman.com AzMedia.info-ya istinadən xəbər verir ki, bu barədə daxil olan məlumatda bildirilir. Bir həftə öncə Rabitə naziri tərəfindən Sabuncu Telefon qovşağının Marektinq xidmətləri satış şöbəsinin rəisi Cəfərov Mehdi və Texniki şöbənin 9-ci dərəcəli böyük eloktromexaniki Əlizadə Natiq vəzifəsindən azad edilməsi ilə bağlı rəsmi xəbər verildi. Həmin xəbərdə qeyd edilirdi ki,onların işdən azad olunmasına səbəb fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlar olub. Adları qeyd olunan şəxslər telefon çəkdirmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərməkdən imtina ediblər. Texniki imkanlar mövcud olduğu halda telefon çəkilişinin mümkün olmadığını söyləyiblər. Özəl mənbələrdən daxil olan məlumata görə işdən çıxarılan iki nəfərdən biri Sabuncu Telefon qovşağının Marektinq xidmətləri satış şöbəsinin rəisi Mehdi Cəfərov Nizami rayon icra başçısı Arif Qasımovun qaynıdır. Ancaq məsələnin digər ilginc yeri isə Mehdi Cəfərovun işdən çıxarılan və sabiq MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan Hilal Əsədovun bacanağı olmasıdır. Yəni Mehdi Cəfərov işdən məhz gözdən düşmüş generalın bacanağı olduğuna görə işdən azad edilib. Daxil verilən məlumata görə Mehdi Səfərov uzun müddət Arif Qasımovla Hilal Əsədov arasınd vasitəçi olmaqla bərabər onların bir çox məsələlərdə birlikdə görüdükləri "işlərin” əsas aparıçısı siması olub. Mənbəmiz bir müddət bundan öncə ölkə gündəmini silkələyən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin cinayətləri işində, həmin vaxt Siyəzən icra başçısı vəzifəsini daşıyan Arif Qasımovun adının çəkilməsi məsələsinə toxunaraq bildirir ki, "həqiqətəndə Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onun icra başçısı təyin etdirəcəyi vədində o zaman Siyəzən icra başçısı vəzifəsini daşıyan Arif Qasımovda iştirak etmişdi”. Hətta Həsən Əliyevin Arif Qasımovla Ramazan Səlimovu görüşdürərək Siyəzəndə həyata keçirilən bir çox tikinti, təmir işlərinin ona verilməsinin vasitəçisi olaraq çıxış edib. Ancaq sonradan məsələnin baş tutmaması və iş adamı Ramazan Səlimovun hüquq mühafizə orqanlarına şükayət etməsi nəticəsində Həsən Əliyev cinayət məsuliyyətinə cəlb edildi. Ancaq keçmiş Ağır Cinayətlər Məhkəməsinin hakimi məhkəmə istintaqı dövründə belə Arif Qasımovun adını çəkməsinə baxmayarq, bu məsələ asanlıqla ört basdır edildi. Mənbə Həsən Əliyev cinayətində Arif Qasımovun adının "yoxa” çıxmasını məhz həmin vaxtlar MTN nazirinin müavini vəzifəsini daşıyan general Hilal Əsədovun "xidməti” olduğunu qeyd edib. Belə ki, qaynı Mehdi Səfərov vasitəsi ilə general Hilal Əsədovla isti münasibətlər quran Arif Qasımovun hətta Siyəzəndə generala dəbdəbəli bir villa tikdirdiyidə deyilir. Görünür qaynının bacanağı ilə vasitəsi ilə Eldar Mahmudov komandasına "stavka” edən Arif Qasımov özünün gələcək kareyrasını məhz Hilal Əsədov himayəsində görürmüş. Mehdi Səfərovun vəzifəsindən çıxarılmasına gəlincə isə mənbəmiz qeyd edir ki, Hilal Əsədovun işdən çıxarıldıqdan sonra onun ən yaxın qohumunun qovulması təbbi idi. Çünki rabitə sahəsində hər kəs bilirdi ki, Mehdi Səfərov bu vəzifəyə Hilla Əsədovun bir zəngi ilə təyin edilib. Ancaq bu vəzifə Mehdi Səfərov üçün formal bir iş sayılırdı. O qaynı Arif Qasımovun və bacanağı general Hilal Əsədovun köməkliyi ilə böyük bir biznes sahəsi yaradıb və hazırda onun böyük biznes quruluşunda həm Hilal Əsədovun, həm də Arif Qasımovun böyük payı var. Mənbə bildirirki, bir çox turistik rayonlarda Mehdi Səfərova aid olan İstirahət Mərkəzləri və digər iaşə obyektləri fəaliyyət gösətrir. Həmin obyektlərin də bir çoxunun məhz Hilal Əsədova aid olduğu qeyd edilir. Həmçinin mənbə iddia edir ki, Bakıda da general Hilal Əsədovun bir çox gəlirli obyektləri bacanağı Mehdi Səfərovun adana rəsmləşdirilib. Bundan başqa Arif Qasımovun Nizami rayon icra başçısı təyinatından sonra Mehdi Səfərov qaynının rayonunda böyük işlər görməyə başlayıb. İddiaya görə generalın bacanağı Nizami rayonunda Hilal Əsədovun gizli pulları ilə böyük yatırımlar edir və bir müddət əvvəl Nizami rayonunda kəsilən ağaclarıny erində məhz Hilal Əsədovun pulları ilə yeni obyekt tikildiyi bildirilir. (Bu barədə daha ətraflı ikinci yazımızda tanış olacaqsınız) həmçinin Nizami rayonunda Arif Qasımovun sayəsində böyük ərazi alan Mehdi Səfərovun yeni ticarət mərkəzi tikdirdiyi deyilir. Məsələ ilə bağlı araşdırmalar davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]