Ölkə

İNDİ NÖVBƏ ARİF QASIMOVUNDUR - FOTO

1-10-2016, 19:55
İNDİ NÖVBƏ ARİF QASIMOVUNDUR - FOTO

Məmur övladlarının facebook və "İnstagram” səhifələrində paylaşdıqları xoşbəxt şəkilləri bir ara işi o yerə çatdırmışdı ki, prezident bir müddət öncə buna sərt reaksiya verərək, onların barəsində "qudurğan” və "harınlamış” kimi ifadələr işlətmişdi.

Bu xəbərdarlıqdan sonra hətta oliqarx məmurlar öz uşaqlarını sosial şəbəkələrdən istifadəyə həsrət qoymuş, yalnız sadə həyat tərzini sürmələrini ifadə edən şəkillər yaymaq, adi insanlar kimi yaşadıqlarını ehtiva edən fikirlər paylaşmaq icazəsi vermişdilər. Amma hələ də bu qınaqlara məhəl qoymayanlar vardır. Nizami RİH başçısı Asif Qasımovun oğlu Nadir Qasımovun öz "İnstagram” hesabında "Baku Aquatics Centre” də məşq edərkən görüntülərini yayması və bundan sonra oğul Qasımovun eyni zamanda DTX-də hərbi xidmət keçməsi barədə yayılan söhbətlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Ardından oğul Qasımovun instaqram profilini dondurması bir sıra suallar doğurdu. "Bu necə hərbi xidmətdir" sualına cavab axtarırkən, N.Qasımovun yaxın ətrafından sızan məlumata görə, onun atası Nizami rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra, "Ay İşığı” restorannın yaxınlığında 2 hektara yaxın boş torpaq sahəsində özü üçün yeni "Baku Aquatics Centre” yaratmaq niyyətinə düşüb. Xatırlatmağa dəyər ki, ata Qasımovun özü də bir ara həddən artıq dərəcədə böyük, şah taxtına bənzəyən kreslosu ilə diqqəti çəkmişdi. Məmur övladlarının özbaşınalığı o yerə çatıb ki, günün günorta çağı öz bahalı avtomobillərini paytaxtın küçələrində nümayiş etdirməkdən çəkinmirlər. Onların bu "qəhrəmanlığı” indiyə qədər neçə günahsız insanın həyatlarını itirmələrinə səbəb olub. Doğrudur, bəzi məmurlar məhz övladlarının bu özbaşınalıqları nəticəsində ciddi cəzalandırılaraq, vəzifələrindən azad olunublar. Amma üzdə olan budur. Qanları batırılan insanlar da az deyil. Övladlarına görə vəzifələrindən azad edilən və ciddi şəkildə cəzalandırılan bəzi məmurları xatırlatmaq istəyirik: Xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan çox yazılıb. Belə ki, xalq artistinin ailəsinə ölüm gətirən bahalı "Mercedes-Benz G-55"in sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məhkəmənin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il həbs cəzasına məhkum edildi. Övladının yol verdiyi nöqsana görə vəzifəsindən azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. 2012-ci ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonrada həmin rayonda böyük etirazlara səbəb oldu. Mətbuatda "İsmayıllı hadisələri” kimi işıqlandırılan bu olay zamanı eks nazirin oğluna məxsus "Çıraq” hoteli və onun bir neçə bahalı avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu. Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib. Həmçinin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov da polis orqanlarından xaric olunub. Övladının sosial şəbəkədə dəbdəbəli həyatlarını nümayiş etdirməsi bir prokuroru da işindən etdi. Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə xeyli sayda pulları və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirib.1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadənin fotosunu paylaşdığı "Volkswagen” və Rusiya istehsalı olan "Niva” markalı avtomobillər onun özünə məxsus olub. Digər "Jeep” markalı bahalı avtomobil isə atası Ramiz Nəbiyevə məxsus olub. "Lexus” markalı avtomobilin sahibi isə Elvin Nəbizadənin böyük qardaşıdır. Prokurorun oğlu yaşadıqları lüks evin fotosunu da sosial şəbəkədə yayıb. Bütün bunlarla bağlı mətbuatda yazılandan sonra onun atası öz ərizəsi ilə vəzifəsindən azad olunub. Yəqin, indi növbə Arif Qasımovundur.

Nyus.Az

 

 

 

 

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]