Əsas Səhifə / Maraqlı

Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.

4-12-2015, 23:29
Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.

















Azərbaycançılıq ideologiyasına sadiq qalaraq gənc nəslin geniş dünyagörüşə malik, intellektual,vətənpərvər,yüksək mədəniyyətli,savadlı bir gənc kimi yetişməsi üçün daima yorulmadan çalışan Ritorika Universal Klubun komandası növbəti təşəbbüsünü etdi.Gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün həftə sonları müxtəlim təlim və seminarlar təşkil olunan bu klubda yaddaşlarda yaxşı mənada iz qoyan növbəti təlim “Uğur Üçbucağı-MİM” adlı təlim oldu.Sumqayıt Dövlət Universitetinin geniş auditoriyalarından birində təşkil olunan təlimdə gənclər əvvəl Ritorika Universal Klubun yaranma tarixi,məqsədi,fəaliyyət sahələri haqqında məlumat aldılar.Təlimin fəxri qonağı olan universitetin rektoru, professor Elxan Hüseynov tələbələrə klubun fəaliyyətindən,əsl Azərbaycan gənci adına layiq bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayacağından danışdı.Gənclərin cənab prezidentin ətrafında sıx birləşməsi üçün intellektual,savadlı,öyrədici mühitin çox böyük əhəmiyyətinin olduğunu qeyd edən professor Elxan Hüseynov universitetin Ritorika Universal Klubunun bu sahədə təqdirə layiq işlərini yüksək qiymətləndirdiyini söyləyib.Təlimdə Tədris Metodiki Mərkəzin direktoru İsabala Qurbanov, Riyaziyyat fakultəsinin dekanı, dosent Zəfər Hüseynov və rektorun köməkçisi Faiq Şirinov iştirak etmişlər.
“Uğur Üçbucağı-MİM” adlı təlim Ritorika Universal Klubun əvvəlki sədri,Bərdə şəhərində təsis olunan “Uğurlu İdeyalar Akademiyası”İctimai Birliyinin təsisçisi,SDU-nun məzun tələbəsi Arzu Nəbizadə tərəfindən keçirilmişdir.
Təlimdə gənclərə Motivasiya-İnam-Məqsəd üçlüyünün əmələ gətirdiyi üçbucağın həyatımız üçün Uğur Üçbucağı ola biləcəyindən,motivasiyanın insanı hərəkətə gətirən daxili enerji olmasından,inam sayəsində o enerjini istədiyimiz yönə istiqamətləndirə biləcəyimizdən (nəyə inanrsanızsa o olar), motivasiya və inam vasitəsilə məqsədə çatıb uğur əldə edə biləcəyindən danışıldı.
Təlimdə aktiv iştirak edən tələbələr təlimçi tərəfindən ünvanlanan müxtəlif suallara özlərinə məxsus cavablar verməklə təlimin daha da rəngarəng keçməsinə səbəb oldular.
Sonda iştirakçılar onlara paylanan rəngli kağızlarda təlim haqqında təəssüratlarını qeyd etdilər və xatirə şəkli çəkildi.


XEBERMAN.COM

Təlimdə çəkilən kadrları Xeberman.com olaraq, sizə təqdim edirik:

Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.Ritorika Universal Klub "Uğur Üçbucağı-MİM” adlı təlim keçirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]