Ölkə

"Riyad Mühafizə”də direktor müavininə cinayət işi açılıb - BU ŞƏXSƏ DYP-də kim himayədarlıq edir...?

28-08-2016, 21:34
"Riyad Mühafizə” şirkətinin direktor müavini İlqar Rzayev şirkətdə çalışan mühafizəçilərdən birini vəhşicəsinə döyüb


2015-ci ildə baş vermiş qalmaqalın kökündə duran əsas məsələlərlə bağlı araşdırmaların yekununda cox ciddi ittihamlar irəli sürən etibarlı mənbə şok edici məlumatlar verməkdədir. Keçən il baş vermiş şirkət daxili məsələyədə aidiyyatı olduğundan bu məqamıda diqqətinizə çatırmaq istəyirik.

Bu barədə Arqument.az-a şirkətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, işçi direktor müavininə yaxınlaşaraq, ondan məvacibinin bir qədər artırılmasını xahiş edib. Cavabında işçini küçə söyüşləri ilə təhqir edən İlqar Rzayevin ürəyi bununla soyumayıb. 

İşçini təpiyin altına salaraq, "Mənim arxamda bilirsən kim durub, səni öldürərəm” deyərək, onu sillə və təpiyə "qonaq edib”. 

Aldığı zərbələrdən huşunu itirən mühafizəçi özünə gəldikdən sonra Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə şikayət edib. Hazırda "Riyad Mühafizə” şirkətinin direktor müavini ilə bağlı adıçəkilən bölmədə cinayət işi açılıb. Xatırladaq ki, İlqar Rzayev son parlament seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd olub.

P.S. "Riyad Mühafizə” şirkətinin direktor müavini İlqar Rzayev qudası DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Balakişi Əhmədova arxalanaraq dövlət daxilində özünə məxsus imperya qurmaqdadır. etibarlı mənbədən bütün bunlarla bağlı şok detallar açıqlanmaqdadır.. BİZİ İZLƏMƏYİ UNUTMAYIN

ARDI VAR...

...A N O N S...
1. İlqar Rzayev kimdir...?

Administratorla əlaqə

077 611-55-22

[email protected]