Kriminal

Müdafiə nazirinin sabiq müavininə 8 il iş verildi

22-04-2016, 19:56
Müdafiə nazirinin sabiq müavininə 8 il iş verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberman.com xəbər verir ki, APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında  M.Səlimovun 10 il  müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]