Kriminal

Şirvanda 34 yaşlı kişi müəmmalı şəkildə ölüb

19-08-2016, 07:44
34 yaşlı Şirvan sakini küçədə yıxılaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhərinin Bayramlı qəsəbəsində qeydə alınıb. Şirvan sakini, 1982-ci il təvəllüdlü Mahmudov Şamil Ağabala oğlu evinə gedərkən qəfildən yerə yıxılıb və dünyasını dəyişib. Ölümün səbəbini müəyyənləşdirmək üçün meyit müayinə üçün Şirvan şəhər Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə təhvil verilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra müəyən ediləcək.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]