Ölkə

Füzuli səhiyyəsində özbaşınalıq - Talan

26-08-2016, 22:16
Füzuli səhiyyəsində özbaşınalıq - Talan   Füzuli rayon səhiyyəsində özbaşınalıq hökm sürür

Baş həkim Natiq Şükürov xələfinə şükür etdirir. 

Sakinlər qeyd edirlər ki, Füzuli rayon Mərkəzi Xəstəxanası vətəndaşlara xidmət yox, dövlət büdcəsini talamaq məntəqəsinə çevrilib: 

"Baş həkimin başçılığı ilə dövlət tərəfindən xəstəxanaya ayrılmış tibbi ləvazimatlar müxtəlif formada satılır. Bu tibbi yardımların bir hissəsi apteklərə paylanır və oradan faiz alınır, qalan hissəsi isə gələn xəstələrə satılır. 

Qanunla dövlət xəstəxanası vətəndaşa pulsuz xidmət etməlidir. Səhiyyə nazirinin 2008-ci ildə imzaladığı fərman Füzuli rayonunda keçmir. Erməni terroru təhlükəsi altında yaşayan əhaliyə tibbi ləvazimat pulla verilir. 

Şikayətçilərin Politika.Az-a verdiyi məlumata görə, Böyük Bəhmənli kənd camaatı ilə baş həkim N.Şükürov arasında qalmaqal yaşanıb: 

"Bu münaqişənin səbəbini baş gəkim gözəl bilir və etik olmadığı üçün mətbuata açıqlamırıq. Çünki kənd camaatı da, baş əkim də bilir ki dava-qırğın nə üstündə olub. Füzuli camaatının tək güvəndiyi yer prezidentdir və İlham Əliyevlə fəxr edirik. 

Ölkə başçımız bütün Azərbaycan xalqına xidmət edir və andına sadiq çıxır, xüsusi ilə də məcburi köçkünlərə, düşmənlə sərhəddə yaşayan insanlara qarşı həssasdır. Ümid edirik ki, haqq səsimiz eşidiləcək və baş həkimin əməlləri yoxlanacaq”. 

Xatırladaq ki, rayonun baş həkimi Soltan Əliyev olub və onun yerinə poliklinkanın baş həkimi Natiq Şükrov təyin olunub. Bu təyinat isə sakinlər tərəfindən narazılıqla qarşılanıb./politika.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]