Ölkə

Ağstafa xəstəxanasının doğuş şöbəsi nəzarətdən yayınıb?

15-01-2016, 20:47

Bildiyimiz kimi, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə yüzlərlə yeni tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Ölkə prezidentinin müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, bu gün ölkə əhalisinin böyük bir hissəsi keyfiyyətli səhiyyə xidmətindən istifadə edə bilmir. Təbii ki, bu da bir çox səbəblərlə izah oluna bilər. Başlıcası isə yarıtmaz kadr potensialı ilə ölçülür. Səhiyyə sistemində adicə, mərkəzi xəstəxanalara təyin olunmuş kadrlar bu sahəyə yalnız gəlir mənbəyi kimi baxırlar. Ümumiyyətlə, respublika səhiyyəsində təklif olunan xidmətlərin keyfiyyəti inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağıdır. Məhz bu səbəbdən əhalinin bir qədər imkanlı təbəqəsi Azərbaycanın səhiyyə sisteminə etibar etmədiyindən xaricə üz tutmaq məcburiyyətində qalırlar. Son vaxtlar bu hal, yəni vətəndaşların müayinə və müalicə məqsədilə xaricə üz tutması daha da çoxalıb. Bu isə insanların səhiyyəmizə etibar etməməsinin göstəricisidir. Əgər belədirsə, bəs onda dövlət nəyə görə səhiyyə sektorunun inkişafına hər il milyonlarla vəsait ayırır?

Nazirliyin Doğuşayardım Komissiyasının iclasında Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş vermiş ölüm hadisələri təhlil edilərkən bu tibb müəssisəsində doğuşa yardım xidmətinin həyata keçirilməsində ciddi nöqsanların olduğu aşkar edilib. Komissiya Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Ziba Məmmədovanın tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edib. Bundan əlavə, ana ölümləri ilə əlaqədar aidiyyəti olan Ağstafa rayon Muğanlı kənd sahə xəstəxanasının baş həkimi İ.Sofiyevə xəbərdarlıq, mama-ginekoloq M.Qocayevaya töhmət verilməsi barədə qərar verilib. Bütün bunlara rəğmən, doğum şöbəsində vəziyyət hələ də düzəlmək bilmir. Əfsus ki, baş həkim rayonun səhiyyə sistemindəki problemlərin aradan qaldırılması haqda heç nə fikirləşmir. Elə bu səbəbdən Ağstafanın səhiyyəsinin məhvi gündən-günə daha da sürətlənir".

RMX-nin doğum şöbəsində vəziyyətin daha kritik olduğunu Xeberman.com saytının əməkdaşlarına  deyən sakinlərin sözlərinə görə, bəzi həkimlərin işinə məsuliyyətsiz yanaşması ana və uşaq ölümü hallarının qeydə alınmasına gətirib çıxarır: "Keçən il ərzində doğum şöbəsində bir neçə xoşagəlməz hadisə qeydə alındı. 1976-ci il təvəllüdlü Şərifova Nuriyyə Fevral ayının 4-də 2008 –ci ildə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Həmin vaxtdan sonra Hebatit C-yə yoluxub. Hal- hazırdada adiyyatı qurumlara bu barədə şikayət etdib heç bir tədbir görülmür. Nuriyyə xanım saytımıza bildirir ki, onun müalicəsi və tibbi müayinəsi üçündə həkim pul istəyir və onun imkan olmadığı üçün nə müalicə oluna bilir nədə müayinə oluna bilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]