Dünya
Misirdə ''Müsəlman qardaşlar''ın 350 üzvünə ömürlük həbs cəzası verilib
18-08-2016, 22:49
Misirdə "Müsəlman qardaşlar" təşkilatının 350 üzvünə ömürlük həbs cəzası verilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu gün Asyut Hərbi Məhkəməsində keçirilmiş prosesdə müttəhimlər 2013-cü il avqustun 14-də Rabia və Nahda meydanlarının silah gücünə boşaldılmasından sonra Minyə şəhərinin Dirmuvas rayon polis və poçt şöbələrinə basqın etməkdə günahlandırılıblar.
Məhkəmədə ümumilikdə 418 nəfər mühakimə edilib. Onlardan 68-nə 3 ildən 10 ilədək həbs cəzası verilib.
Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər hırda ölkədə yoxdurlar.