Dünya
İtə hürən futbolçunu həbs gözləyir
12-11-2015, 18:59
Milli Futbol Liqasının (NFL) "Oklend Rayders" klubunun futbolçusu Rey-Rey Armstronq polis itinə hürdüyü üçün həbsxanaya düşə bilər. Musavat.com xəbər verir ki, məlumatı BBC yayıb.
Hadisə noyabrın 8-də "Pittsburq"la səfər oyunundan əvvəl baş verib. Armstronq soyunub-geyinmə otaöından çıxarkən polis itinə qışqırıb, sonra isə köynəyini cıraraq, yumruqla sunəsinə vurub və hürməyə başlayıb.
Hazırda cinayət işinin başlanılması məsələsinə baxılır. 24 yaşlı futbolçun 7 ilədək həbs cəzası gözləyir.
Musavat.com