İdman

“Qalasataray”a cəza – fanatlar stadiona buraxılmayacaq

18-08-2016, 21:14
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray”ı cəzalandırıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna "Qalatasaray”lı azarkeşlərin "Beşiktaş”la ölkə superkubokunun oyunu zamanı davranışları səbəb olub. Həmin matçda "sarı-qırmızılı” fanatlar meydana bir neçə dəfə yandırıcı maddələr atıblar.

TFF-nin qərarına əsasən, "Qalatasaray” azarkeşlərinin bu hərəkəti səbəbindən bir ev oyunu azarkeşlərin iştirakı olmadan keçirəcək. Beləliklə,  İstanbul klubunun bazar ertəsi "Karabükspor”la superliqada keçirəcəyi ev oyununa azarkeşlər buraxılmayacaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]