İdman

Qarabağ"la yanaşı, "Barselona", "Qalatasaray", "Bavariya"

2-08-2016, 03:30
Qarabağ"la yanaşı, "Barselona", "Qalatasaray", "Bavariya"
Təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində evdə Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək. 

Xeberman.com-un məlumatına görə, bu vacib matça yerli futbolsevərlər böyük maraq göstərməsi bilet satılan kassaların qarşısı da növbələr yaranmasına səbəb olur.

Bu isə pərakəndə satışla məşğul olanları da oraya cəlb edir. Tofiq Bəhramov adına Respublika stadionunun kassalarının yanında olan bir alverçi də ətrafdakıların diqqətini çəkib. Belə ki, ətrafdakılar "Qarabağ"ın oyunu öçün toplansa da, həmin alverçinin piştaxtasında başqa klublara məxsus məhsullar yer alır. O, Ağdam təmsilçisi ilə yanaşı, "Qalatasaray", "Fənərbaxça" (Türkiyə), "Barselona" (İspaniya), "Bavariya" (Almaniya) kimi klubların da məhsullarını - şərflərini satır.

Qeyd edək ki, bu qarşılaşma sabah saat 20:30-da Respublika stadionunda keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]