İdman
"Qalatasaray"ın Bakıya gəlib-gəlməyəcəyi dəqiqləşdi
14-03-2016, 02:04

Sport7.az saytına daxil olan özəl məlumata görə, artıq danışıqlar müsbət nəticələnib. Belə ki, son Türkiyə çempionunun Bakıya gələcəyi dəqiqləşib. "Sarı-qırmızılar"ın ağdamlılarla oyunu 29 mart tarixində baş tutacaq. Saytımıza açıqlamasında adının çəkilməsini istəməyən İstanbul təmsilçisinin rəsmisi də məlumatı təsdiqləyib. "Qalatasaray"ın Bakıya səfəri isə oyundan 1 gün öncəyə planlaşdırılıb.
Qeyd edək ki, sözügedən qarşılaşma Türk Hava Yolları şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illiyi tamam olması ilə əlaqədar keçiriləcək.